Ayın dəqiq yaranma tarixi müəyyən edildi
Bizi izləyin

Paranormal

Ayın dəqiq yaranma tarixi müəyyən edildi

Ayın dəqiq yaranma tarixi müəyyən edildi

Amerikalı alimlər Ayın dəqiq yaranma vaxtını müəyyən etdiklərini açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə tədqiqat “Science Advances” jurnalında dərc olunub.

Alimlərin məlumatına görə, Ayın formalaşması 4,51 milyard il əvvəl başlayıb. Bu da Ayın Günəş sisteminin yaranmasından 60 milyon il sonra yarandığını göstərir.

Alimlər Apollo 14 missiyası zamanı əldə olunan nümunələrin tədqiqatı nəticəsində bu fikirə gəliblər.

Ayın formalaşmasının dəqiq vaxtının öyrənilməsi alimlərə onun mənşəyini müəyyənləşdirməyə kömək edə bilər.

Bundan öncəki araşdırmalara əsasən Ay Günəş sisteminin yaranmasından 68-120 milyon il sonra yaranıb. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm