Qeyb olmuş yerdən gələn adam - MİN İLLİK TARİXİ OLAN İTMİŞ ÖLKƏSİNDƏN DANIŞIR - - VİDEO
Bizi izləyin

Paranormal

Qeyb olmuş yerdən gələn adam - MİN İLLİK TARİXİ OLAN İTMİŞ ÖLKƏSİNDƏN DANIŞIR - - VİDEO

Paralel dünyalar iddisası doğrudurmu?

Paralel dünyalar iddisası doğrudurmu? Yoxsa, birazdan oxuyub, izləyəcəyiniz hər şey sadəcə, uydurmadan ibarətdir?

Publika.az Brifinq.az-a istinadən insanların marağına səbəb olan bu qəribə hadisəni təqdim edir:

Tokioda isti yay səhərlərindən biridir və həmişəki kimi minlərlə insan hava limanından keçir, vəsiqələrə möhür vurulurdu. Bir vəsiqə istisna olmaqla...

İş adamına bənzəyən bir şəxs vəsiqəsini təqdim etdikdə fərqli olduğu nəzərə çarpır. Bu şəxs fransız olmasına baxmayaraq, yapon dilində olduqca səlis danışırdı. Liman işçisinin verdiyi suallar cavablandıqca daha çox marağa səbəb oldu. Vəsiqənin hansı ölkəyə məxsus olduğu sualına "Taurad" deyərək cavab verən bu şəxsin məlumatına görə, bu ölkə Fransa və İspaniya arasında yerləşir. Hətta min illik tarixi var. Xəritədə göstərmək mərhələsi çatanda isə Andoraya məxsus ərazini göstərir.

Bu şəxsdən bir gecəlik hoteldə qalmasını xahiş edirlər. İki polisin nəzarəti ilə hoteldə gecələyir. Üzərindən tapılan sənədlərə əsasən, məlumatlar araşdırılıb. Qeydiyyatda olduğunu dediyi hoteldə adının olmadığı və iş üçün görüşəcəyi şirkət tərəfindən tanınmadığı məlum olur. Bank hesabının isə ümumiyyətlə, dünyada mövcud olmadığı aşkarlanır.

Səhəri gün sorğu üçün otağa gələndə nə naməlum şəxs, nə də polisin mühafizə etdiyi sənədlər tapılmır. Polis mərkəzində mühafizə olunan sənədlərin necə yoxa çıxdığı isə bu günə kimi sual altındadır.

Bu şəxsin paralel dünyalar arasında qısa müddət üçün səyahət etdiyi iddia olunsa da, polis tərəfindən heç bir açıqlama verilməyib. Şəxsiyyəti naməlum bu şəxsi bir də heç vaxt heç kim görməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm