Dünyanın xilas edəcək adam gəlir - 3000 min il sonra baş verən HADİSƏ - - FOTO/VİDEO
Bizi izləyin

Paranormal

Dünyanın xilas edəcək adam gəlir - 3000 min il sonra baş verən HADİSƏ - - FOTO/VİDEO

İndi milyardlarla insan böyük müdrikin – xilaskarın gəlişini səbirsizliklə gözləyir.

Buddist əfsanəsinə görə, udumbara gülü 3000 ildə bir dəfə çiçək açır. Yenə eyni əfsanədə deyilir ki, sonuncu dəfə bu gül Buddanın doğuluşundan əvvəl çiçəklənib.

Publika.az xəbər verir ki, son 22 ildə udumbara gülünün dünyanın müxtəlif yerlərində çiçək açması müşahidə edilir.

Xilaskarın gəlişi

İddialara görə, bu, dünyaya böyük müdirikin - xilaskarın gəlişini xəbər verir. Udumbara gülü kiçik və incədir, amma saplağı olduqca möhkəmdir. Son illərdə udumbara gülünə rast gələn insanlar danışır ki, bu gül uzun müddət solmur.

Çinin gizlətmək istədiyi hadisə

İlk dəfə Çinin dövlət KİV-i 2010-cu ildə yazdı ki, 1997-ci ildə Cənubi Koreyada Buddanın heykəlində bu gülün çiçəyi aşkarlanıb. Çin kommunist rejimi ateizm nəzəriyyəsinin tərəfdadır, buna görə də çətin ki, onlar böyük müdrikin Yer kürəsinə gəlişinə inanır. Dövlət KİV-ində bununla bağlı yayılan məqalələr tezliklə silindi, lakin məlumat internetdə yayıldı.

Buddist əfsanəsi...

Əfsanəyə görə, udumbara müqəddəs çarın (liderin) gəlişinin müjdəçisidir. Müqəddəs lider insanlara qurtuluş gətirəcək. Buddist mətnlərinin səkkizinci cildində “Fonetika və Xuylin izahı” zamanı deyilir: “Udumbara gülü fövqəltəbii güclərin törəməsidir. Bu “səma gülüdür” və Yer kürəsində mövcud deyil. Nə vaxt Tatxaqata və ya çar qızıl təkəri ilə dünyaya gələcək, o zaman udumbara gülü çiçək açacaq”.

2000-ci ilin oktyabrında Seul buddist məbədlərindən birinin rahibləri qəribə hadisə ilə üzləşdilər. İlahinin qızıl suyuna salınmış heykəlinin alnında 21 ədəd kiçik ağ gül bitmişdi.

Koreya kəşfiyyatının binası

2004-cü ilin oktyabrında Koreya Xüsusi Xidmət Orqanının (Korea Central Intelligence Agency -KCIA) Seuldakı binasının beşinci və yeddinci mərtbələrində udumbara çiçək açdı. Həmin vaxtdan keçən 22 il ərzində “müqəddəs gül” Yer kürəsinin müxtəlif yerlərində çiçək açıb. İndi milyardlarla insan böyük müdrikin – xilaskarın gəlişini səbirsizliklə gözləyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm