• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?

Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?

Cadu vardır və onu inkar etmək düz olmazdı. Tarix boyunca cadu, sehr, tilisim və s. bu kimi əməllər mövcud olmuşdur. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.

Publika.az islam.az-a istinadən bildirir ki, cadu - bəzi təbiət qüvvələrinin və cinlərin yardımı ilə həyata keçirilir. Cadunun varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü "Fələq" surəsidir. Cadu barədə hədislərdə də məlumatlar çoxdur. Məsələn, İmam Əli (ə) buyurub: "Göz dəymə haqdır (yəni vardır), əfsun haqdır, sehr haqdır, fal haqdır..." ("Nəhcul-bəlağə", 400-cü qısa kəlam). Yenə o həzrət buyurub: "Münəccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri isə cəhənnəm alovudur!" ("Nəhcul-bəlagə", 79-cu xütbə). Rəvayətə görə, bir gün bir qadın Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib söylədi: "Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq üçün bəzi işlər görmüşəm (yəni sehr etmişəm)". Peyğəmbər qəzəblənib buyurdu: "Vay olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan mələklər sənə lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki mələklər sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)" ("Biharul-ənvar", cild 79, səh. 214).
Eyni zamanda cadudan qorxmaq da lazım deyil. Əvvəla, həqiqətən cadu bacaranların sayı çox azdır. Çoxu isə fırıldaqçıdır. İkincisi, Quran, xüsusilə "Fələq" və "Nas" surələrini oxumaqla cadudan qorunmaq olar, inşAllah.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>