Günəşdən Yerə qəfil TƏHLÜKƏ - DİQQƏTLİ OLUN
Bizi izləyin

Paranormal

Günəşdən Yerə qəfil TƏHLÜKƏ - DİQQƏTLİ OLUN

Yer üçün böyük təhlükə

“Bu gün qəfil geomaqnit qasırğası başlayıb. Qəfil qasırğanın səbəbi Günəşdəki alışmalar və Günəş plazma küləyidir”.

Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, gün ərzində qasırğanın Kp indeksi aşağı enməyib: “Günəşin səthində formalaşmış tac dəliyində (Coronal Hole = CH) maqnit qüvvə xətləri demək olar ki, açıqdır. Yüklü plazma zərrəcikləri asanlıqla Günəş tacını tərk edir və digər planetlərə, o cümlədən Yerə doğru yönəlir. Yer ətrafı fəzaya çataraq həyəcanlanmaya səbəb olur. Qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir və gün ərzində bu aşağı enməyib. Qasırğanın gün ərzində ən azı G1 səviyyəsinə enəcəyini gözləyirdik. Lakin hələ də, daha yüksək kvasda G2 səviyyədə davam edir. Qasırğanın mövcud təsirinin sabah da müşahidə ediləcəyini gözləyirik, lakin tədricən zəifləyəcək.

Bu qasırğanı ona görə qəfil hesab edirik ki, əvvəlki günlərdə Kp ideksi 1-2 arasında dəyişirdi, qəfildən 5-ə qalxdı. Hazırda Günəş küləyinin sürəti 525 km/san-dir. Bunu yüksək sürət adlandırmaq olar”.

E.Babayev qəfil qasırğanın insan səhhətinə zərərinə də toxunub. Onun sözlərinə görə, yuxarı coğrafi en dairələrində yaşayan insanlara, bu ölkələrdəki texnoloji sistemlərə, Yer ətrafı fəzada olan kommunikasiya peyklərinin işinə qısa müddətli təsir göstərə bilər.

“Bu sistemlər izlənilməlidir. Orta en dairələrində yaşayanlar qasırğanın təsirini nisbətən zəif formada hiss edəcək. Lakin hər halda bu vəziyyət discomfort şərait yarada bilər. Bu hadisə hər bir şəxsə fərdi təsir göstərə bilər. Sağlam insanlarda gümrahlıq effekti yarada bilər. Risk qrupuna daxil olan şəxslər həkim məsləhəti ilə önləyici tədbirlər görə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm