Kili, Arxa və Hidra - Yerə bu 3 ulduzdan SİRLİ SİQNALLAR GƏLİR
Bizi izləyin

Paranormal

Kili, Arxa və Hidra - Yerə bu 3 ulduzdan SİRLİ SİQNALLAR GƏLİR

Alimlər qəribə radiosiqnalların yerdən kənar mənşəyini aşkarlayıb.

Alimlər qəribə radiosiqnalların yerdən kənar mənşəyini aşkarlayıb.

Avstraliyalı alimlər sübut ediblər ki, hər gün izlənilən sirli radiosiqnallar (Fast Radio Bursts FRB) planetin hüdudlarından kənarda yaranır.

Publika.az xəbər verir ki, əvvəldə müşahidə edilən dalğaların Yerdə yarandığını zənn ediblər. Amma 2007-ci ildə ilk dəfə bənzəri dalğalar rəsədxanada yerləşdirilən Parks teleskopu vasitəsilə müəyyən edilib.

Avstraliyalı alimlər radiosiqnalların əsil mənbəyini tapmaq üçün xüsusi Molonqlo adlı radiosiqnal qəbuledici icad ediblər. Eyni anda müxtəlif nöqtələrdən və hətta kosmosdan siqnallar qəbul edən qurğu özündən 18.000 min km məsafədə yerləşən siqnalları qəbul edə bilir.

Ümumilikdə alimlər bi qrup siqnalların Kili, Arxa və Hidra adlı üç ulduzdan gəldiyini müəyyən edə biliblər. Təəssüf ki, ulduzların hansı qalaktikada yerləşdiyini müəyyən etmək olmuyub.

"Bu dalğaların Yer kürəsinə haradan gəldiyinə cavab vermək üçün bizim daha bir neçə radiosiqnala ehtiyacımız var"- deyə Maniş Kaleb bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm