• USD 1,7012 0,00% EUR 1,9856 +0,37%
    • GBP 2,2145 +0,36% RUB 0,0286 -1,05%

Yadplanetlilərin 40 il əvvəlki insan oğurluğu - ƏRAZİDƏN QEYRİ-ADİ MADDƏ TAPILDI

Yadplanetlilərin 40 il əvvəlki insan oğurluğu - ƏRAZİDƏN QEYRİ-ADİ MADDƏ TAPILDI

Amerikalı Trevis Uolter yadplanetlilər tərəfindən oğurlanıbmış. Dünya mətbuatında hay-küyə səbəb olan bu hadisə 40 il əvvəl yaşanıb. Deyilənə görə, meşə ilə evə qayıdan Trevis Uolter gözlənilmədən peyda olan qəribə diskşəkilli obyekt tərəfindən oğurlanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşanmış hadisələrə inanmayan rəsmilər bir neçə hadisə şahidini Uolteri öldürməkdə ittiham ediblər.

Şahidlər isə bildiriblər ki, naməlum obyektdən çıxan güclü işıq şüası Uolterin ayaqlarına düşüb və o, anidən yoxa çıxıb. Hadisədən 5 gün sonra Trevisi boş, istifadəsiz yollardan birinin yaxınlığında huşsuz vəziyyətdə tapıblar.

Özünə gəldikdən sonra həqiqətən də onu qəribə humanoidlərin izlədiyini deyən Trevis şahidlərin sözlərini təsdiqləyib.

Bu yaxınlarda isə ekspertlərdən ibarət qrup hadisə yerindən torpaq nümunəsi götürüb. İncələmələr nəticəsində torpaqda naməlum dəmir materialı və qeyri-adi kation aşkar olunub.

Qəribə burasıdır ki, bənzər hadisə ilə bağlı alman televiziyasında Vatikan haqqında yayımlanan xəbərdə Müqəddəs Pyotr kilsəsi üzərindən iki diskşəkilli obyektin uçduğu görülüb. Video müəllifi həmin görüntüləri televizorun ekranından telefon vasitəsilə çəkib. İndi eyni ekspert qrupu həmin görüntüləri də tədqiq edir.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR