• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

Bu gecəyə HAZIRSINIZMI? - Kainatda ilk olan dəhşətli hadisə yerin ətrafında

Bu gecəyə HAZIRSINIZMI? - Kainatda ilk olan dəhşətli hadisə yerin ətrafında

Bu gecə ilk dəfə olaraq nəhəng asteroid Yer kürəsi yaxınlığından keçəcək. Onun Yerlə toqquşması ciddi fəsadlara səbəb ola bilər.

Bu sözləri Publika.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, sonuncu dəfə belə böyük asteroidin Yerə yaxın məsafədən keçməsi məlum deyil, yəni bu, ilk haldır.

“JO25 adlı asteroid 2014-cü ildə kəşf edilib. Bu asterodin ölçüsü 1.5 km-dir. Yerə ən yaxın məsafəsi 1.76 milyon km olacaq. Bu da Ayla Yer arasındakı məsafədən 4.6 dəfə böyükdür. Asteroidin sürəti 33.6 km/san-dir, yəni bir saatda 125 min kilometr yol qət edir, bu müddətdə ekvatorun çevrəsini 3 dəfə dövr edə bilir.

Bu asteroid gözümüzlə görə bildiyimiz ulduzların ən zəifindən belə 100 dəfə zəif parlaqlığa malikdir. Onu adi gözlə görmək mümkün olmayacaq, lakin xüsusi kiçik teleskoplarla müşahidə etmək olar. Asteroidi 19-u bütün gecə və 20-i saat 01:00-a qədər izləmək mümkündür. Bu asteroidin bir də Yerə təxminən 500 ildən sonra yaxınlaşması gözlənilir”.

X.Mikayılov asteroidlərin Yerə yaxınlaşmasında bir təhlükə olmadığını desə də, JO25-in təhlükəli ola biləcəyi məqamlara da aydınlıq gətirdi: “Ümumiyyətlə, həftə ərzində bir neçə dəfə müxtəlif ölçülü asteroid Yerin yaxınlığından keçir. Yəni onların Yerə yaxınlaşması təhlükəli deyil. Sadəcə JO25-in bu qədər səs-küy yaratmasının səbəbi ölçüsü ilə bağlıdır. Bu asteroid Yerlə toqquşsa çox ciddi fəsadı ola bilər. Lakin hazırkı durumda onun toqquşması ehtimalı sıfırdır. Onun hərəkət orbiti, Yer və Günəşlə olan məsəfəsi məlumdur. Lakin özünə yaxın ölçüdə başqa bir asteroidlə toqquşduğu halda orbitdən çıxa, istənilən istiqamətə doğru gedə bilər. Hazırkı müşahidələr isə belə bir təhlükənin olmadığını deməyə əsas verir”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>