Yad cisimlər gələcək, insanlar QIRILACAQ - Yerin məhvi ilə bağlı QORXUNC PROQNOZ
Bizi izləyin

Paranormal

Yad cisimlər gələcək, insanlar QIRILACAQ - Yerin məhvi ilə bağlı QORXUNC PROQNOZ

Güclü küləklər və kraterlərin yaranması var.

Alimlər apardığı tədqiqatla hamının düşündürən bir məsələyə aydınlıq gətirmək istəyiblər: əgər Yer kürəsinə asteroid düşsəydi, onun hansı dağıdıcı nəticələri ola bilərdi? Yeni tədqiqat bu suala cavabı tapmağa kömək edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Sauthempton universitetinin komandası diametri 15 metrdən 400 metrə qədər olan 50 min asteroidin Yer kürəsinə düşməsinin modelini hazırlayıblar.

Məlum olur, güclü küləklər və zərbə dalğaları asteroidin Yer kürəsi ilə toqquşmasının ən təhlükəli nəticəsidir. Böyük Britaniyadan olan alimlər göy cisminin planetimizə toqquşmanın yeddi effektini öyrəniblər. Bu siyahıda ekstremal yüksək temperatur, zərbə dalğası, uçan qırıntılar, sunami, seysmik təkanlar, güclü küləklər və kraterlərin yaranması var.

Qeyd edilir ki, diametri 60 metr olan asteroid təxminən hər 1500 ildən, diametri 400 metr olan asteroid isə hər yüz min ildən bir planetimizlə toqquşur.

“Asteroidin Yer kürəsinə düşmə ehtimalı həqiqətən aşağıdır. Amma nəticələr ağlasığmaz ola bilər”, - deyə tədqiqatın aparıcı müəllifi Klemens Rumpf etiraf edir.

Onun sözlərinə görə, asteroidlərin öldürücü zərbələri nadir hallarda qeydə alınır, ancaq hamı hər şeyə hazır olmalıdır.

Tədqiqat qrupu yeddi effektin mümkün ən ağır nəticələrini hesablayıb. İşin nəticələrinə görə, qurbanların ən böyük sayı külək və zərbə dalğaları zamanı qeydə alına bilər. Eksperimental ssenarilərə əsasən, bu zaman insanların 60 faizi həlak ola bilər. Güman edilir ki, asteroidlə Yer kürəsinin toqquşması zamanı zərbə dalğası atmosfer təzyiqinin kəskin dəyişməsinə görə yaranır. Bu halda insanların daxili orqanları zərər görür.

Ekstremal yüksək temperatur insanların təxminən 30 faizinin həyatına son qoya bilər. Amma bundan zirzəmilərdə və ya istənilən başqa yeraltı tikintilərdə gizlənməklə qaçmaq olar. Dağıdıcı cə ölümcül effektinə görə, növbəti yerdə sunamilər qərarlaşıb. Asteroidlə Yer kürəsinin toqquşması zamanı yaranacaq sunamilər insanların təxminən 20 faizi ölə bilər. Amma burada əhəmiyyətli düzəliş etmək lazımdır: nəticələr asteroid yerə harada düşəcəyindən asılıdır. Əgər asteroid okeana düşərsə, bu, o qədər qorxulu deyil. Toqquşmanın yaratdığı dalğalar quruya çox da böyük olmayan hündürlükdə çatacaq. Asteroidin quruya düşməsi daha pisdir.

Seysmik təkanlar (0,17 faiz) və göy cisminin qırıntılarının (1 faiz) qurbanları daha az qiymətləndirilir.

Tədqiqatın nəticəsinə görə elmi məqalə Geophysical Research Letters nəşrində dərc edilib.

Xatırladaq ki, daha əvvəl mütəxəssislər 2017-ci ilin oktyabrında Yer kürəsi ilə asteroidin mümkün toqquşmasını proqnozlaşdırıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm