Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - - FOTOLAR
Bizi izləyin

Paranormal

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - - FOTOLAR

İnsanlar uzun illər ölümdən sonra həyatın var olub-olmadığını araşdırıblar.

İnsanlar uzun illər ölümdən sonra həyatın var olub-olmadığını araşdırıblar. İstər elmi cəhətdən, istərsə də dini cəhətdən bu mövzu haqqında müxtəlif versiyalar var. Bəzi elm adamları bunu sadəcə beyin hüceyrələrinin bizi aldatması hesab edir. Din ilə yaxından maraqlanan insanlar isə bənzər fikrin dini kitablarda qeyd olunduğunu deyiblər.

Məsələyə həkimlərin fikri isə birmənalı olaraq başqadır. Onlar bu kimi halları "kliniki ölüm" adlandırırlar. Ürək dayanması ilə beyin qabığının ölməsinə qədərki zaman kəsiyi "kliniki ölüm" adlanır. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı orqan beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs sistemi dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyəti bərpa edilsə, onu yenidən həyata qaytarmaq da mümkün olur. Əks halda beyin qabığı məhv olur və kliniki ölüm bioloji ölümə keçir. Kliniki ölüm zamanı təcili yardım çağırmaq sadəcə vaxt itkisidir. Belə hallarda təcili sürətdə süni tənəffüs və ürək masajı lazımdır.

Hazırda elm aydınlaşdırmağa çalışır ki, əslində həmin an nə baş verir?

Publika.az danışdıqları ilə dünyanı dəhşətə gətirən uşağın başına gələnləri təfərrüatı ilə təqdim edir:

Kolton Burfo hələ 3 yaşı olanda kəskin appendiks ağrıları ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya aparılmazdan 2-3 gün qabaq ailəsi onun sadəcə qrip olduğunu düşünərək evdə müalicə ediblər. Lakin xəstəxanada məlum olub ki, 2 gün gecikdirildiyi üçün appendiks partlayıb və orqanizmə yayılıb. Kolton təcili əməliyyata göndərilir.

Atası Todd Bulton həmin dəqiqələrdə Allaha qəzəbləndiyini və qeyri-ixtiyari şikayətləndiyini xatırlayır:

"Bütün elədiyim yaxşılıqlara rəğmən, həqiqətən sən körpəmi məndən alacaqsan?"

Əməliyyat əsanasında kliniki ölüm keçirən uşaq palataya gətirildikdən sonra atasına ilk sözü belə olur:

"Ata sən bilirsən, mən az qala ölürdüm, amma qoymadılar".

Hadisədən sadəcə bir neçə ay sonra uşaq atasına tibb dili ilə desək, kliniki ölüm zamanı gördüklərindən danışıb. O ilk olaraq Müqəddəs İsanı ağ geyimdə, belində qırmızı qurşaqla

gördüyünü deyib:

"İsanın gözlərinin rəngi göy idi. O məni əli ilə saxlayanda ovuclarının içərisindəki qırmızı nişanları gördüm. Məni geriyə, öz dünyamıza göndərdi".

Daha sonra uşaq heç vaxt görmədyi babasından və daha doğulmadan ölən bacısından danışıb. Ailəsi bu mövzularda heç vaxt danışmadıqlarını desələr də, uşaq elə faktları ortaya qoyub ki, bunu uydurmaq qeyri-mümkündür. Babasını bir neçə nəfərin şəklinin arasında tanıyan uşaq ailəsinin təəccübünü daha da artırır. O, hətta anasına deyir ki, bacım sizə salam göndərdi və bizi onun yanına gedənə qədər gözləyəcək.

Uşağın danışdıqlarını cəfəngiyat adlandıran həkimlər bildiriblər ki, narkozun təsiri altında olan xəstənin bənzər mövzularda danışması ilk dəfə deyil. Elm adamları isə bunu sadəcə şüuraltı yanılmadan başqa bir şey olmadığını deyib.

Pensilvaniya İnstitutunun professoru Devid Conson deyib ki, beyin çox plastik orqandır. Onun strukturları son dərəcə dəyişə bilər və biz baş verənləri real hadisələrə bənzədə bilərik:

"Necə ki, tarixi hadisələr müzakirə olunanda hər dəfə yeni təfərrüatlar əlavə olunur, eləcə də insan beyni, yaddaşımız hər dəfə nəyisə xatırlamağa çalışanda yeni detallarla xatırladır".

2010-cu ildə nəşr olunan "Heaven is Real"( "Cənnət həqiqətdir") kitabında bu informasiyalar da yer alır. Kitab əsasında film də çəkilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm