Bütün yer kürəsi "MİNALANDI" - Böyük TƏHLÜKƏ - VİDEO
Bizi izləyin

Paranormal

Bütün yer kürəsi "MİNALANDI" - Böyük TƏHLÜKƏ - VİDEO

ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsi ətrafında asteroidlərin artdığını göstərən video yayımlayıb.

Publika.az xəbər verir ki, NASA-nın NEOWISE teleskopu 3 ildir orbitdə asteroid və kometlərin axtarışı üçün işləyir. Teleskop bu vaxta qədər Yür kürəsi ətrafında hərəkət edən yüzlərlə asteroid qeydə alıb. Onlar Marsla Yupiterin arasındadırlar. Onların Yer kürəsi ətrafında hərəkəti sanki planetimizin minalanmış sahədə uçması təəssüratını yaradır.

2009-cu ildə kosmosa buraxılan NEOWISE infra qırmızı diapazonda şəkil çəkir. 2001-ci ildə onun fəaliyyəti dayandırıldı, 2014-cü ildə isə yenidən “canlandırıldı”. Artıq teleskop Yür kürəsinə yaxınlaşan asteroidləri izləməyə başladı. Teleskop 11 saniyədə şəkil çəkə bilir. Bu da Yer ətrafında hərəkət edən obyektləri daha dəqiq müəyyən etməyə imkan verir. 3 il ərzindəki teleskop vasitəsilə 8 milyondan çox şəkil çəkilib. Yür ətrafında təxminən 693 asteroid götüntülənib. NASA-nın bununla bağlı hazırladığı çarxda asteroidlər yaşıl, kometlər sarı, asteroid qurşağının asteroidləri boz rəngdə təsvir edilib. Göy çevrələr Merkuri, Venera və Marsın, yaşıl çevrə Yer kürəsinin orbitidir.

Müşahidələr göstərir ki, teleskopun müşahidələri heç də əsassız deyil. Təkcə iyun ayında yer ətrafına 6 asteroid yaxınlaşıb. Onlardan biri Yer kürəsindən 13 dəfə böyük olub.

Lakin bu göy cisimlərinin planetimiz üçün təhlükəli olmadığı deyilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm