Dünyanın "gözü" sabah saat 10:00-a ÇEVİRİLDİ
Bizi izləyin

Paranormal

Dünyanın "gözü" sabah saat 10:00-a ÇEVİRİLDİ

260 metr ölçüsü olan “Ölüm asteroidi” adlı kosmos daşı sabah Yer kürəsinə ən yaxın məsafədə olacaq.

Publika.az xəbər verir ki, mütəxəssislər bu ölçülərdəki asteroidin planetimizlə toqquşması nəticəsində həyat əlamətlərinin tamamilə məhv olacağını bildiriblər.

Rus elm adamlarının verdiyi açıqlamaya görə, MC4 adı verilən kosmos daşı Bakı vaxtilə 10:00-10:40 radələrində dünyaya ən yaxın nöqtədən keçəcək. Bu zaman Yer kürəsi ilə asteroid arasında 2.9 milyon kilometr məsafə olacaq. Buna görə də Yer kürəsi hər hansı təhlükə qarşısında qalmayacaq.

Adi gözlə görülməsi mümkün olmayan asteroidin dünyanın yanından keçərkən sürəti saatda 74700 kilometr olacağı təsbit edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm