Paranormal
Yerə yaxınlaşan "Ölüm asteroidi"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası "Ölüm asteroidi"nin Yerə yaxınlaşmasının təhlükə yaradıb-yaratmayacağına aydınlıq gətirib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, belə asteroidlər il ərzində 3-4 dəfə Yerin yaxınlığından keçirlər: "Bunlar xırda göy çisimləridir. Yerə düşsə, böyük təhlükə törədə bilərlər. Amma indi belə bir ehtimal yoxdur".
Belə asteroidlərin sürətinin böyük olduğunu qeyd edən X.Mikayılov bildirib ki, sabah asteroidin Yerin yanından keçərkən sürətinin saatda 74700 kilometr olacağı gözlənilir:
"Bu, o deməkdir ki, asteroid saniyədə 20 min km gedir. Bu, bütün göy çisimlərinin sürətinə yaxındır. Lakin bu asteroid Yerdən çox uzaq məsafədən keçir, onun heç Yerə yaxınlaşma ehtimalı yoxdur və Yer üçün təhlükəli deyil. Buna baxmayaraq, hər dəfə insanlar arasında təşviş yaradırlar".
X.Mikayılov qeyd edib ki, iyulun 11-də gecə kiçik teleskoplarla, eyni zamanda obyektivi çox böyük olan fotoaparatlarla asteroidin Yerə yaxınlaşmasını müşahidə etmək olar:
"Asteroid böyük sürətlə gəlib keçəcək. O, obyektivdə uzun, nazik xətt kimi görünəcək".
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək