Bu gecə gözünüz GÖYDƏ OLSUN
Bizi izləyin

Paranormal

Bu gecə gözünüz GÖYDƏ OLSUN

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Publika.az xəbər verir ki, Yer sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaq.

Sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Keçən ildən fərqli olaraq, bu il planetimizin sakinləri daha az “düşən ulduz” görəcəklər.

Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə yaxın idisə, bu il orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm