NASA-nı düşündürən hadisə - Kosmik gəmi parçalanır
Bizi izləyin

Paranormal

NASA-nı düşündürən hadisə - Kosmik gəmi parçalanır

5 ildən çoxdur Marsda araşdırmalar üçün göndərilən "Curiosity" kosmik gəmisindən bəd xəbər var.

Publika.az xəbər verir ki, NASA-nın göz bəbəyi hesab olunan kosmik gəmi parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. İllərdir Marsın əyri-üyrü ərazilərindən fotoşəkillər göndərən "Curosity"-nin təkərlərində dəliklər əmələ gəlməyə başlayıb.

Parçalanmalar hələlik nəzarət altında olsa da gələcəkdə hansı həddə çatması ilə bağlı heç bir fikir yoxdur. Alimlər kosmik gəminin məhv olmasından narahatdırlar.

NASA-nın rəsmi saytında yayımlanan açıqlamaya görə, ümumilikdə 15 kilometrdən çox məsafə qət edən gəminin daha 10 kilometrə qədər də məsafə də gedə biləcəyi ehtimal edilir.

Eyni zamanda saytda "Curiosity"nin təkərinin iç hissəsində yaranan dəliklərin şəkilləri paylaşılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm