Yerdə güclü maqnit qasırğası BAŞLAYIR
Bizi izləyin

Paranormal

Yerdə güclü maqnit qasırğası BAŞLAYIR

Yaxın günlərdə Günəşdən Yer səthinə gələcək plazma küləyi nəticəsində geomaqnit qasırğası yarana bilər.

Bu barədə Publika.az-a Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri demək olar ki, açıq olur.

“Yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksəksürətli Günəş plazma küləyi şəklində yönəlir. Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib. Bunun təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir”.

E.Babayev bildirib ki, hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hal-hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm