Gecələr canavara çevrilib heyvanların qanını içən adamın ACI TALEYİ - FOTOLAR
Bizi izləyin

Paranormal

Gecələr canavara çevrilib heyvanların qanını içən adamın ACI TALEYİ - FOTOLAR

Sergey Pankeyev adlı Odessalı gəncin acı taleyi demək olar ki, bütün tibb dünyasına məlumdur. O, Ziqmund Freydin ən çox sevdiyi xəstəsi idi.

Publika.az xəbər verir ki, Freyd fəaliyyətinin müəyyən dövrünü onun müalicəsinə həsr edib. Hətta “canavar adam” təxəllüsü ilə haqqında anonim kitab yazıb. Məhz bu təxəllüsə görə Pankeyevin adı ətrafında müxtəlif şaiyələr, əfsanələr dolaşmağa başlayıb.

Sergey Odessanın varlı ailəsində doğulur. 4 yaşından etibarən balaca Sergeyi gecələr bir kabus müşayiət etməyə başlayır. Hər gecə yuxuda görür ki, 7 canavar pəncərədə oturub, onu seyr edirlər. Beləcə canavarlara qarşı fobiyası formalaşır. Sergey böyüdükcə bu qorxu, vahimə daha çox vüsət alır. Günlərin bir günü isə bacısı Piteqorsk şəhərində, Lermontovun duelə çağırıldığı yerdə intihar edir. Bu hadisənin ardınca atası da özünə qəsd edir. Sergeyin psixikası kökündən pozulur. Onlarla psixoterapevtə müraciət edir. Lakin dərdinə əlac edən tapılmır. Sonda təngə gəlib, Vyanaya, Freydin qəbuluna yola düşür. Freyd xəstəliyini araşdırmağa uzun illərini sərf etdiyi bu xəstəsinin anonimliyini qorumaq məqsədilə onu “canavar adam” deyə çağırmağa başlayır.

Сергей Панкеев в возрасте 7 лет и его сестра Анна, 9 лет | Фото: rozamira.nl

Öncə Pankeyevə manyaklaşma-depressivləşmə sindromu diaqnozu qoyulur. Lakin Freyd bu qərarla razılaşmır və Sergeyin xəstəliyini nevroz adlandırır. Freyd Sergeyin lap kiçik yaşlarında valideynlərini cinsi əlaqə zamanı gördüyünü səbəb gətirir. Sergey isə etiraz edərək - mənim zümrəmdən olan uşaqlar dayə ilə bir otaqda yatırdılar, valideynləri ilə deyil - deyir.

Freyd isə öz fikrində qalmağa davam edirdi. Hətta dəyərli araşdırma obyekti olan xəstəsinin problemini uşaq nevrozundan bəhs olunan kitabına daxil edir.

Картина, на которой Панкеев изобразил свою фобию | Фото: obozrevatel.com

Freyd öz "canavar" xəstəsini nə qədər müalicə etsə də, müsbət nəticə əldə etmir. Xəstəliyin əlamətləri durmadan təkrarlanır. Psixoterapevt bunun Sergeyin öz xəstəliyindən qurtulmaq istəmədiyi üçün baş verdiyini söyləyirdi. Pankeyev sonralar öz xatirələrində yazacaqdı: “Mən hər dəfə Freydin qəbuluna gedəndə özümü onun xəstəsi yox, həmkarı, gənc təcrübəçisi kimi hiss edirdim.”

Freyd öz fəaliyyətinin böyük hissəsini Pankeyevə həsr etsə də, onu bu xəstəlikdən azad edə bilmir. 84 yaşında Vyanada dünyasını dəyişən Sergey haqqında Odessada müxtəlif vahiməli əhvalatlar dolaşırdı. İnsanların dediyinə görə, o, gecələr dörd ayaq üzərində gəzir, canavar kimi ulayır, heyvanları öldürüb, qanlarını içir, çiy ətlərini yeyirmiş.

Зигмунд Фрейд | Фото: libo.ru

Artıq 100 ildir ki, Pankeyevin müəmmalı xəstəliyi dünya mütəxəssislərini dərindən düşündürür. Onlar Freydin yanlışını aydınlaşdırmağa çalışır, onun müalicə üsulunun qüsurlarını üzə çıxarmağa səy göstərirlər. Yalnız bir əsas gətirirlər. Dil səddi. Güman olunur ki, dayəsinin balaca Sergeyi qorxutmaq məqsədilə məcazi mənada ifadə etdiyi cəza xarakterli sözləri o hərfi mənada anlayırmış. Beləcə kabus yuxular görürmüş. Bu isə öncə uşağın qorxusuna, daha sonra isə nevroza və daha sərt xəstəliyə gətirib çıxardıb. Odur ki, uşaqları mifik obrazlarla qorxutmaqdansa, yanlışlarını izah etmək məqsədəuyğundur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm