Astronomlar başqa günəş sistemindən gələn UNO gördülər - FOTO
Bizi izləyin

Paranormal

Astronomlar başqa günəş sistemindən gələn UNO gördülər - FOTO

Astronomlar bizim Günəş sistemimizə daxil olan, çox sürətlə hərəkət edən, balaca obyekti izləməyə çalışırlar.

Publika.az bildirir ki, bu barədə CNN yazır.

Naməlum obyektin kometa, asteroid yaxud kosmik gəmi olduğunu NASA - Kosmik agentlik hələlik müəyyən edə bilməyib. Fərziyyə var ki, o bizim günəş sistemimizdən deyil.

Əgər sözügedən versiya təsdiqlənərsə, bu, astronomlar tərəfindən müşahidə edilən ilk ulduzlararası obyekt olacaq.

"Biz onilliklər boyunca bu günü gözləyirdik, - NASA-ın yerətrafı obyektlərin tədqiqatları Mərkəzinin meneceri Pol Xodas danışır - Uzun vaxt güman edilirdi ki, belə obyektlər mövcuddur - asteroidlər və ya kometalar ulduzların arasında hərəkət edir və vaxtaşırı bizim Günəş sistemimizə daxil olur, amma onu görmək hələ nəsib olmayıb, bu, ilk ola bilər".

Hazırda obyektə “A / 2017 U1” adı verilib. Onun diametri 400 metrdir. O, 25.5 km/san. sürəti ilə hərəkət edir. Obyekt oktyabrın 19-da “PANSTARRS 1” teleskopunun köməyi ilə aşkar edilib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm