Yeni aşkar edilən NƏHƏNG PLANET alimləri təəccübləndirdi - SENSASİYA
Bizi izləyin

Paranormal

Yeni aşkar edilən NƏHƏNG PLANET alimləri təəccübləndirdi - SENSASİYA

Mövcudluğu daha əvvəl son dərəcə ağlasığmaz hesab edilən nəhəng planet Uorvik universitetindən olan mütəxəssislərin rəhbərliyi altında beynəlxalq astronomlar qrupu tərəfindən aşkar edilib.

Publika.az bildirir ki, bu haqda “EurekAlert” məlumat yayıb.

NGTS-1b adlı qaz nəhəngi təxminən Yupiter ölçüsündədir və Yer kürəsindən 600 işıq ili məsafədə Göyərçin bürcündə yerləşir. Onun kütləsi Yupiterdən 20% daha azdır və səthində temperatur 530°C-dir. Bildirilir ki, bu planetdə 1 il cəmi 2.6 gün davam edir və günəşə qədərki məsafəsi Yer kürəsinin Günəşə olan məsafəsinin cəmi 3%-ni təşkil edir.

Alimlərin hesablamalarına görə, bu planet Günəşdən yalnız iki dəfə balacadır və onun ətrafında fırlanır. Qaz nəhənginin bu göstəriciləri onu kainatda ən böyük məlum planet edir.

"NGTS-1b planetinin aşkar edilməsi bizim üçün tam bir sürpriz oldu – Sensasion hadisə onu da şübhə altına qoyur ki, biz planetlərin formalaşması haqqında çox az bilirik", - tədqiqatın aparıcı müəllifi doktor Daniel Bayliss qeyd edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm