Paranormal
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Britaniya vətəndaşı internetdə qəribə foto yayıb. O, hesab edir ki, bu şəkil ölümdən sonrakı həyatın mövcudluğunu sübut edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Seyd Merriot atasının sağlığında söz verdiyi kimi, o dünyadan qayıdaraq onu kilsədə kəbin mərasiminə özü aparıb. Onun sözlərinə görə, atası – 2003-cü ildə ürək tutmasından dünyasının dəyişən Ueyn Mandin qızının həyatındakı ən vacib gündə gələrək öz vədinə əməl edib.
İlk baxışdan heç nə ilə diqqəti cəlb etməyən və gəlinin əks olunduğu müəmmalı fotoya diqqətlə baxdığımızda kadrda Seydin sağ qolunun dirsəkdən aşağısının yox olduğu görünür. Gəlin əlil olmadığına görə sual yaranır: bəs onun qolu niyə kadra düşməyib?
Kimsə haqlı olaraq şəklin hansısa qüsur üzündən belə alındığını söyləyə bilər. Lakin Merriot həmin anda atasının ruhunun onun qolundan yapışdığını iddia edir. Dediyinə görə, o nəinki həmin anda təkcə atasının qoluna toxunduğunu hiss edib, həm də yanında olduğunu bilib və hətta qulağına nəsə pıçıldayıb.
Maraqlı budur ki, atası 14 il qabaq xəstəxanada yatarkən orada ona qulluq edən Kelvin adlı gənc bir tibb işçisiylə tanış olub. Çarəsiz xəstə ata tibb qardaşına zarafatla da olsa, deyib ki, bir gün qızı məhz ona ərə gedəcək. İndi isə Seydlə evlənən 32 yaşlı kişi gerçəkdən də həmin tibb qardaşıdır.
Kelvin xanımının atasının kəbində iştirakıyla bağlı sözlərinə inansa da, arvadından fərqli olaraq nikah mərasimində özünün də bunu hiss etmədiyini, lakin həmin anda Seydin çox həyəcanlandığını və rənginin qəfildən avazıdığını deyir.
Qeyd edək ki, dünya tarixində bu tip anomaliyalı halların baş verməsi, ölənlərinin ruhunun dünyamıza qayıtması və diriykən başa çatdıra bilmədikləri işi bitirmələri haqda xeyli iddialar var.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO