Paranormal
Finlandiya kosmosa ilk kommersiya peykini buraxdı
Finlandiyanın Yle teleradio şirkəti xəbər verir ki, Hindistanın şərqindəki Satiş Dhavan adına kosmodromdan Finlandiya istehsalı olan ilk kommersiya peyki buraxılıb. Bu, üzərində hələlik işlərin davam etdiyi radiolokasiya peykləri seriyasından ilk peykdir.
Peykin istehsalçısı olan Finlandiyanın “Iceye” şirkətinin maliyyə direktoru Pekki Laurilanın sözlərinə görə, bu il iki peykin buraxılması nəzərdə tutulur. “Biz bundan sonra 10-larla peyk istehsal etməklə kommersiya fəaliyyətimizi genişləndirəcəyik”, - deyə P.Laurila planlarını açıqlayıb.
Kosmik layihə Aalto Universitetinin peyklər üzrə emalatxanasında başlayıb. Yetmiş kiloqramlıq radiolokasiya peyki hava şəraitindən asılı olmayaraq, günün istənilən vaxtında yerə məlumatlar göndərə biləcək. Peykin məlumatları, ilk növbədə, gəmiçilik üçün faydalı olacaq.
Finlandiya ötən ilin aprelindən kosmos ölkəsi olub. Həmin vaxt ABŞ-da “Aalto-2” adlı ilk kiçik fin peyki buraxılıb. Lakin bu, kommersiya layihəsi deyildi. Kosmos sahəsində nailiyyətlər Finlandiya hökumətini gələcəyin layihəsinə diqqəti artırmağa vadar edib. 2018-ci il yanvarın 12-də Prezident Sauli Niyniste ölkə tarixində ilk dəfə kosmos haqqında qanun imzalayıb. (Azərtac)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...