"Falcon Heavy" raketi Marsa göndərildi - - VİDEO
Bizi izləyin

Paranormal

"Falcon Heavy" raketi Marsa göndərildi - - VİDEO

Amerikanın "SpaceX" şirkəti çərşənbə axşamı öz yeni yüksək ağırlıqlı "Falcon Heavy" raketinin ilk buraxılışını həyata keçirib.

Kanaveral burnundakı buraxılış meydançasında baş verən proses şirkətin saytında canlı yayımlanıb.

"Falcon Heavy"nin göyərtəsində faydalı yük var. Bu, "SpaceX" şirkətinin təsisçisi və sahibi İlon Maskın şəxsi kolleksiyasından olan qırmızı rəngli "Tesla Roadster" avtomobilidir. Maşının sükanı arxasında "SpaceX" skafandırlı "Starman" manekeni əyləşib.

Raket 27 mühərrik və üç çarvadar bloku ilə təchiz edilib. Startdan dərhal sonra iki blok "Falcon Heavy"dən ayrılaraq Yerə enib. Bu bloklardan növbəti buraxılışlar zamanı istifadə olunacaq. Üçüncü blok "Tesla"nı Günəş ətrafındakı heliosentrik orbitə çıxıb. Bu orbit adətən Marsa səyahət üçün istifadə olunur. Bundan sonra üçüncü blok da Yerə qayıdıb. "Tesla" orbitdə hərəkətini müstəqil şəkildə davam etdirəcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm