İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA
Bizi izləyin

Paranormal

İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA

Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar edən kosmonavtların “qış yuxusu”na getməsini təmin edəcək dərman vasitəsi üzərində işləyir.

Publika.az xəbər verir ki, Gələcək üçün Araşdırmalar Fondunun həyata keçirdiyi layihənin komanda başçısı professor Anatoli Kovtun araşdırma haqqında geniş məlumat verib.

Professor bildirib ki, insanı dərin yuxuya vermək metodu Günəş sisteminin ən uzaq planetlərini araşdırma texnologiyalarının inkişaf etdirilməsi üçün istifadə oluna bilər. Çünki bu texnologiyalar kosmonavtların oksigen qəbul etməsi prosesini azaltmasını tələb edir.

Araşdırmanın ali məqsədi isə insanın ayıların qış yuxusuna bənzəyən süni yuxuya verilməsi üçün xüsusi dərmanlar hazırlamaqdır.

Anatoli Kovtun aparılan sınaqlar əsnasında dərmanlar vasitəsilə müəyyən bir müddət süni qış yuxusuna göndərilən heyvanların bədən tenperaturunun aşağı düşdüyünə, qan dövranı və ürək döyüntülərinin yavaşladığına, orqan və toxumaların oksigen qəbul etməsinin önəmli ölçüdə azaldığına diqqət çəkib.

Professor bildirib ki, dərmanın təsiri keçdikdən sonra heyvanlar 10-24 saat içində təbii qaydada normal həyatlarına geri qayıdır. Təsir müddəti dərmanın tərkibi və miqdarına görə dəyişə bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm