Türkiyədə milyonçuların sayı 100 min nəfərə çatdı
Bizi izləyin

Pul

Türkiyədə milyonçuların sayı 100 min nəfərə çatdı

714 milyard 582 milyonları var...

Türkiyədə hesabında 1 milyon lirədən çox vəsait olan şəxslərin sayı 100 min 974 nəfərə çatıb.

Publika.az xəbər verir ki, milyonçuların bank hesablarındakı məbləğ 656 milyard 328 milyon lirəyə bərabərdir. Ümumiyyətlə banklardakı pulların yarısı onlara məxsusdur.

Keçən il dekabrın sonunda hesabında 1 milyon lirə olanların sayı 93 min nəfər təşkil edirdi.

Beləcə milyonçuların sayı bu ilin oktyabr ayında 2015-ci ilin sonu ilə müqayisədə 7 min 966 nəfər artıb. Bank hesablarındakı məbləğ isə artım 61 milyard 667 milyon lirə təşkil edib.

Xaricdə məskunlaşan milyonçuların hesabları da əlavə olunduğunda onların banklardakı cəmi hesabları 714 milyard 582 milyon lirə təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm