Fəzail Ağamalı: “Bank sistemi iflic vəziyyətdədir”
Bizi izləyin

Pul

Fəzail Ağamalı: “Bank sistemi iflic vəziyyətdədir”

"35 milyon manat kreditləşmə üçün normal məbləğ deyil".

“Dünyada iqtisadi böhran daha da dərinləşir. Ancaq Azərbaycanın bu böhrandan çıxmağa potensialı var”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı bildirib.

Deputat 2017-ci ilin də çətin il olacağını söyləyib:

“Mənə elə gəlir ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq. 2018-ci ildə isə bir çox sənayə müəssisələri işə başlayacaq, vəziyyət bir qədər yaxşılaşacaq. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Mühüm sahələrdən biri kənd təsərrüfatı sahəsidir. Bunun üçün kənd təsəürrüfatına maliyyə dəstəyi olmalıdır. 2017-ci ildə kənd təsərrüfatına 35 milyon manat ayrılacaq. Bu, kreditləşmə üçün normal məbləğ deyil. Bilirsiniz ki, bank sistemi iflic vəziyyətdədir, sahibkarlara kredit vermək imkanı yoxdur”.

F.Ağamalı həmçinin qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər cəmi son il yarımda həyata keçirilib:

“Burada xeyli işlər görülüb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib:

“Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat ayrılıb. Xarici İşlər Nazirliyi isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat sahəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır”.

F.Ağamalı söyləyib ki, struktur dəyişikliyi etməklə büdcəyə daha çox fayda vermək olar:

“Təkrar strukturların ləğv olunması və ya birləşdirilməsi ildə əldə olunan vəsait büdcəyə yönəldilməlidir”.

Deputat təklif edib ki, Azərbaycanda rayonlar ləğv olunmalıdır:

“Quberniya idarəçilik sisteminə keçilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm