Pul
Bu ölkədə 400 adamın 947 milyard dolları var
Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çində milyarderlərin siyahısı açıqlanıb.
Publika.az “Forbes”ə istinadən xəbər verir ki, 400 varlı çinlinin birgə sərvətinin həcmi 947 milyard dollardır. Bu da 2015-ci illə müqayisədə 14 faiz artım deməkdir.
2016-cı ildə siyahıya daha 68 yeni iş adamı əlavə olunub. Bundan əlavə 400 nəfərin arasında 27 milyarder qadın var. Onlardan ən gənci 35 yaşlı Yan Xuyandır. Hansı ki həm də 7 milyard dollar sərvəti ilə Çinin ən zəngin qadınıdır. Siyahıda ən yaşlı iş adamı 75 yaşlı Çan Layvadır.
O ki qaldı varlı çinlilərin harada yaşamasına, onlardan 18 nəfəri Pekində, 12-si Şanxayda, 11-i Şençjendə, 8-i Quançjouda yaşayır. Ümumiyyətlə isə milyarderlərin əksəriyyəti Çinin sahil rayonlarında məskunlaşıb.
Çinin ən varlı iş adamı isə 33 milyard dollar sərvəti ilə Van Szyanlindir.
O daşınmaz əmlak milyarderidir.
İqtisadiyyat şöbəsi
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər