Dollar 4 TL-yə yaxınlaşır
Bizi izləyin

Pul

Dollar 4 TL-yə yaxınlaşır

Türkiyədə Konstitusiya dəyişikliklə bağlı müzakirələr bu gün də bazarların radarında olacaq.

Siyasi mübahisələr, geopolitik və təhlükəsizlik riskləri dolların türk lirəsinə qarşı yüksəlişini davam etdirir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, dünən günə 3.6580 lirədən başlayan dollar noyabr ayı üzrə sənaye istehsalı ilə bağlı məlumatların açıqlanmasından sonra 3.74 lirəyə yüksəlib.

Dünən Türkiyə vaxtı ilə 18:40 dollar lirəyə qarşı 3.7440 lirəyə yüksələrək zirvəni əldə etdi. Türk lirəsi “Bloomberg” tərəfindən izlənilən 24 inkişaf edən bazar valyutası arasında ən pis performans göstərən valyuta oldu.

Bu gün səhər isə türk lirəsi dollar qarşısında 3.77 səviyyəsinə qədər ucuzlaşdı.

Türkiyədə Konstitusiya dəyişikliklə bağlı müzakirələr bu gün də bazarların radarında olacaq. Dolların 4 TL-yə yüksəlməsi istisna deyil.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm