Dünyanın ilk trilyoneri kim olacaq? - SUALIN CAVABI BU TARİXDƏ BİLİNƏCƏK
Bizi izləyin

Pul

Dünyanın ilk trilyoneri kim olacaq? - SUALIN CAVABI BU TARİXDƏ BİLİNƏCƏK

Hazırda planetin ən zəngin hissəsinin sərvəti qalan 99 faizinin sərvətindən çoxdur.

Dünyada ilk trilyoneri qlobal gəlir bölgüsündə artan bərabərsizlik fonunda ən yaxın 25 ildə ortaya çıxacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Oxfam” beynəlxalq xeyriyyə təşkilatının tədqiqatında bildirilir.

Hazırda planetin ən zəngin hissəsinin sərvəti qalan 99 faizinin sərvətindən çoxdur. Dünyanın səkkiz ən zəngin biznesmeninin sərvəti Yer kürəsinin əhalisinin yarısı, təxminən 3,6 milyard insanın sərvətinə bərabərdir. Vergi ödənişindən yayınma bərabərsizliyin artmasına imkan yaradan amillərdən biridir. Korporasiyalar tərəfindən vergidən yayınma inkişaf etməkdə olan ölkələrə ildə təxminən 100 milyard dollar zərər verir.

Yaxın 20 il ərzində 500 zənginin sərvəti 2,1 trilyon dollar olacaq. Bu, Hindistanın ümumi daxili məhsulundan daha çoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm