Mobil operatorlar 63,9 milyon manat gəlir əldə edib
Bizi izləyin

Pul

Mobil operatorlar 63,9 milyon manat gəlir əldə edib

Gəlirin 50,0%-i və ya 63,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 127,8 milyon manatlıq xidmət göstərib ki, onun da 71,3%-i əhali tərəfindən istehlak olunub.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,3% azalıb, bu sahədə əldə edilmiş gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,0%-i və ya 63,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm