• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Dövlətin qazanc yeri, milyarderlərin hobbisi - Poçt markaları haqqında qəribə faktlar

  • Pul
  • 5 Mart 2017 13:51
  • 1 213 Baxış
Dövlətin qazanc yeri, milyarderlərin hobbisi - Poçt markaları haqqında qəribə faktlar

Çoxumuz uşaqlıqda marka toplamışıq. Bu, indi də kifayət qədər dəbdə olan hobbidir. Hərçənd ki, poçt markası əsasən məktubların göndərişində istifadə edilir.

Publika.az xəbər verir ki, poçt markalarının dövriyyəyə buraxılması banknotların emissiyası kimi dövlətin monopoliyasında olan prosesdir. Düzdür, pul çapı daha bahalı və çətindir. Lakin marka istehsalı ucuz və asan başa gəlir. Başqa tərəfdən markaların üzərində nişanlar, qəliz rəsmlər tələb edilmir. Bu gün Rusiyada 19, 24, 25, 35 rubl nominalında markalar satılır.Təyin olunan qiymət məhsulun istehsalına çəkilmiş xərcdən, maya dəyərindən qat-qat yüksədir. Markaların satışı dövlətin xəzinəsinə milyonlarla vəsait gətirir. Məsələn, 10 milyon əhalisi olan Burundidə dövlətin əsas gəlir mənbəyi Afrika faunasını əks etdirən markaların satışıdır. Yəni nə qədər çox filatelist olsa, büdcə bir o qədər qazanar.

Poçt markaları təkcə dövlətin biznes mənbəyi deyil, həm də təbliğat vasitəsidir. Bu SSRİ-nin təcrübəsində açıq şəkildə özünü göstərib. Lakin ideologiyada bəzən təəccüb doğuran məqamlar da olur. Məsələn, 1962-ci ildə Monqolustan Çingizxanın əksi olan poçt markaları çap etdi. Məlum oldu ki, ruslar Çingizxanı böyük imperiyanı yaratmış görkəmli dövlət xadimi kimi deyil, qanlı istilaçı kimi tanıyırlar. Nəticədə poçt markasının yandırılmasına qərar verildi. Ulan-Batorda böyük tonqal qalandı. Azarkeşlər nüsxələrin bir hissəsini xilas etməyi bacardılar. Konkret olaraq, tirajın 20 faizi salamat qaldı. Nəticədə bu poçt markaları dəyərə mindi. Çünki marka nə qədər nadirdirsə, bir o qədər bahalıdır.

Başqa tərəfdən, 1960-cı ildə Roma olimpiadası zamanı SSRİ poçt markaları buraxdı. Bu markaların dəyəri 1 rubldan uzağa getmirdi. Tiraj az olduğundan bir il sonra sözügedən markalar 100 rubla qədər yüksəldi. Hazırda onlar 300 avroya satılır.

Dünyanın ən bahalı poçt markaları

Araşdırmalara əsasən, dünyanın ən bahalı poçt markası “Müqəddəs Qraal” (Z-Grill) – 1 sent nominallı poçt markasıdır. Onun üzərində ABŞ-ın ilk poçtmeysterinin - Benjamin Franklinin rəsmi əks olunub. Həmin poçt markası 1868-ci ildə hazırlanmışdı. İndi aşkarlanıb ki, bu markanın cəmi 2 nüsxəsi var. Dəyəri 2,97 milyon dollardır. Daha bir bahalı poçt markası -“Sisiliya”dır. Dəyəri 2,72 milyon dollar təşkil edir. Markanın adından da bəllidir ki, onun rəng qammasında səhv buraxılıb. Onun ilkin rəngi sarı idi, lakin hansısa səbəblərdən o, göy rəngdə olur. Həmin marka 1859-cu ildə buraxılmışdı. İndi 2 nüsxəsi var. Baden markı dəyəri 2 milyon dollardır. Bu poçt markası ilk dəfə Baden hersoqluğunda 1851-ci ildə buraxılıb. “Bütün ölkə - qırmızıdır” markasının dəyəri 1,15 milyon dollardır. Nisbətən “gənc” poçt markası olan bu marka 1968-ci ildə Çində yaradılıb. 2012-ci ilin may ayında hərracda bu poçt markası 7,3 milyon yuana satılıb. “Mavi Mavrikiy” markasının dəyəri 1,15 milyon dollardır. Mavrikiy adasında buraxılan nadir poçt markalarından biridir. O, 1847-ci ildə təsis olunub. Dünyada bu poçt markasından 2 sent nominallıq cəmi 6 nüsxə var.

Poçt markaları toplayanların sayı

1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olub. On il sonra isə İngiltərənin "Ştamp Adventiser" jurnalının yazdığına görə, marka yığanların sayı daha 500 min nəfər artıb. Birinci dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə isə 18 milyon nəfərə çatıb. Hazırda aparılan araşdırmalara görə, marka yığanların sayı 100 milyon nəfərə yaxındır. Məşhur siyasilərdən Rokfeller, Ruzvelt, Yelizavetta və Monako şahzadəsi də marka toplayıblar.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>