• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

4 min illik valyuta - Yəhudi pulunun unikallığı nədədir? - FOTOLAR

  • Pul
  • 13 Aprel 2017 15:00
  • 2 374 Baxış
4 min illik valyuta - Yəhudi pulunun unikallığı nədədir?

İsraildə pul vahidi şekeldir. Digər pul vahidlərindən öz unikallığı ilə seçilir. İsrail şekelinin unikallığı ondadır ki, o həm ən qədim, həm də ən yeni pul vahidlərindəndir.

Publika.az xəbər verir ki, şekelin adı tarixdə ilk dəfə e.ə 2000-ci ildə keçib. Ən ilkin məlumatlara əsaslanaraq demək olar ki, şekel Solomonun üzüyünün müasiridir.

Amma məlum olduğu kimi, keçən əsrin ikinci yarısında İsrail müstəqillik bəyannaməsi imzaladıqdan sonra şekel dövlətin rəsmi valyutası olub.

Valyutanın adı qədim yəhudi köklərindən gələn "çəkmək" (tərəzi) sözündən götürülüb. Bu təəccüblü deyil. Çünki o vaxt şekel pul vahidi olmayıb. E.ə 2000-ci illərdə dəyərli metalların gümüşün və qızlın çəkisinin müəyyənləşməsində istifadə olunub.

İsrail kifayət qədər uzun müddət sonra şekeldən pul vahidi kimi istifadə etsə də, finikiyalılar onu rəsmiləşdirmişdilər. Eyni zamanda, şekellərdən qədim misirlilər və farslar da istifadə ediblər.

Valyuta kimi İsrail ərazisində ilk dəfə bizim eranın 60-cı illərində istifadə olunmağa başlayıb. Yəhudilərin hücumlarından sonra ölkədə vəziyyət ağırlaşır və şekel uzun müddət dövriyyədən çıxır. Nəhayət 1948-ci ilin mayında İsrail müstəqil dövlət olur və milli məzənnə haqqında müzakirələr başlayır.

Əvvəl ölkə Britaniyanın idarəsi altında olduğu üçün ərazidə Britaniya funtu istifadə olunurdu. Bu səbəbdən israillilər valyutanın adını birdən-birə dəyişə bilməzdilər. Ölkə ərazisində uzun müddət israil funtları və ya lirələr dövriyyədə idi.

İsraildə güclü inflyasiya olduğu üçün şekelin dəyəri düşür və tez-tez pul islahatlarına ehtiyac olurdu.

Bütovlükdə, 1948-ci ildən 1980-ci ilə qədər İsrail lirəsinin 4 seriyası hazırlanıb. Əgər birinci seriyanın tərtibatında hələ Britaniya motivləri üstünlük təşkil edirdisə, sonrakı tərtibatlarda daha çox milli motivlərdən istifadə olunub.

Ənənəvi şekelə keçid prosesi uzun illər sürür. Knesset tərəfindən şekel haqqında qanun 1969-cu ildə qəbul edilsə də, ölkə yeni pul vahidinə 1980-ci ilin fevral ayında keçir. O vaxta qədər yeni valyuta haqqında bütün informasiyalar məxfiləşdirilmişdi.

İsrail şekeli vizual görünüşünə görə funtlardan çox fərqlənmirdi. Lakin şekel üzərində korlar üçün xüsusi qırmızı sap formasında simvollar qeyd olunurdu. Bununla belə İsrail iqtisadiyyatı çox zəifləyirdi və şekellərin yenidən dəyişilmə ehtimalı vardı.

1985-ci ildə ölkədə infilyasiya 1000%-ə çatıb. Bu isə yeni İsrail şekellərinin tətbiqinə gətirdib çıxardı. Hazırda ölkədə həmin şekellərdən istifadə olunur.

İsrailin pul sistemi yetərincə mötəbər hesab edilir. 17 digər məzənnənin arasında o, ən sərbəst dönən məzənnə sayılır.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR