Kataloniya referendumundan AVROYA BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Pul

Kataloniya referendumundan AVROYA BÖYÜK ZƏRBƏ

Bazar ertəsi avronun məzənnəsi Asiya Ticarət sessiyasının gedişatında zəiflədi, dollar isə Kataloniyanın müstəqilliyi uğrunda referendumun nəticələrinin fonunda möhkəmləndi.

Publika.az bildirir ki, bu barədə investing.com məlumat yayıb. Lakin bunun uzun sürməyəcəyi proqnozlaşdırılır, çünki bu həftə Çin bazarlarının bayramlara bağlanacağı üçün Asiyada ticarətin həcmi azaldılacaq.

İspaniyadan Kataloniyanın ayrılmasına dair bazar günü baş tutan referendumda ayrılmanın lehinə 90% səs verilib. Bu haqda muxtar cəmiyyətin rəsmi nümayəndəsi Jordi Turul bildirib. İspaniya hakimiyyəti isə referendumu tanımayıb.

Bu çaxnaşmaların fonunda avro dollara nisbətdə 0.36% dəyər itirərək 1.1775-ə qədər zəiflədi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm