Dollara alternativ pul - limitsiz, məhdudiyyətsiz
Bizi izləyin

Pul

Dollara alternativ pul - limitsiz, məhdudiyyətsiz

"Son vaxtlar bitkoinlərə maraq sürətlə artır və bu maraq elektron pulların qiymətinə də təsir edib. Gələcəyin pul vahidi hesab edilən pul vahidlərini əldə etmək istəyənlər olsa da, hələ ki, onlarla bağlı yetərli inam formalaşamayıb".

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bitkoinlərin qiyməti 6 min dolları keçdikdən sonra onları alıb-almamaq ən çox verilən suallardan biridir:

“Bitkoinlərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağını proqnozlaşdırmışdıq. Qısa zamanda bitkonilərin qiyməti 50 faiz artdı. Bitkoinlər kriptovalyuta olaraq mərkəzləşdirilmədən dövriyyəyə buraxılan ilk virtual puldur. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bu pulu əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək münkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin bitkoinlərini satışa çıxartdığını da izləyə bilərsiniz. Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş verdiyi halda sonradan daha baha yüksək dəyərlə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlbedicidir. Bura bəzi onlayn ticarət şirkətləri ilə alış-veriş zamanı tətbiq etdikləri endirimləri də əlavə etsək, o zaman mənzərə daha aydın olar”.

V.Bayramov hesab edir ki, bəzilərinin dollara alternativ kimi baxdıqları bitkoinin gələcəyi eyni zamanda aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq:

“Çin Xalq Respublikası bir müddət öncə bitkoin istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin bitkoinə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu bitkoinə qlobal marağı daha da artırdı. Bitkoin dollar yığımlarına təsir göstərir. Çünki, bitkoinin bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır. Bitkoinə də maraq artdıqca, bu, dolların dövriyyəsinə təsir edə bilər. Çünki bitkoin özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir. Bununla belə, hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. Bitkoinin istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyytlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb ola bilər. Reallıq bundan ibarətdir ki, hazırda bitkoindən istifadə dünya üzrə dayanmadan artır. Bitkoinə marağın artması aparıcı ölkələrin bitkoinə və ya virtual pullara yanaşmasından asılı olacaq. Çünki, bəzi aparıcı ölkələr bitkoinlərin istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar müşahidə edilir.

Bununla belə, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır. Ən ciddi narahatçılıq kəskin qiymət artımının “bitkoin üzərindəki köpüklərin partlamasına” gətirib çıxara biləcəyi ilə bağlıdır. Xüsusən də, Beynəlxalq Valyuta Fondunun rəhbərinin bitkoinlər ilə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, bitkoin almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək yığımlarını diversifikasiya etmələri çox vacibdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm