Pul
Rusiya milyarderləri bir gündə 16 milyard dollar itirdilər
Rusiya biznesmenləri ABŞ-ın yeni sanksiyalarına görə aprelin 9-da ümumilikdə 16 milyard dollar itiriblər.
Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi bildirib.
Agentlik yazır ki, itkilər üzrə lider “Nornikelya”nın əsas səhmdarı Vladimir Potanin olub. O, 2,25 milyard dollardan məhrum olub. “Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 1,37, “Renova” qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq 1,28 milyard dollar itirib.
“Blomberg”in hesablamalarına görə, bazar ertəsi ərzində Oleq Deripaska 905 milyon dollardan məhrum olub.
“The Bell”in hesablamalarına görə isə bazar ertəsi saat 17:00-a olan vəziyyətə görə, 50 ən zəngin rusiyalının sərvəti demək olar ki, 12 milyard dollar azaldı. Vekselberqin itkiləri təxminən 950 milyon dollar qiymətləndirilir. Bu, Deripaskada 1,3 milyard, Potanin də 1,5, senator Suleyman Kərimov isə 2,2 milyard dollardır.
Aprelin 9-da Rusiya maliyyə bazarlarında da geriləmə olub.
Ömər
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu