Mövsümün ən gözəl çanta dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Mövsümün ən gözəl çanta dəbi - FOTOLAR

Statement çantaları olduqca dəbdədir. Qadınların qəlbini fəth edən modellər bu mövsümdə də trend olacaq. “Chanel plexiglass” dan hazırladığı plastik çantalar hitə çevrilməsindən çox zaman keçməyib. Ancaq Karl Lagerfeld boş dayanmır, yaradıcılığı ilə hər kəsi heyran qoya bilir.

Son olaraq “Chanel”-in 2014 Cruise kolleksiyasında çıxan və “Chanel”in No:5 parfum şüşəsindən ilham alan plexiglass çantalar ədəbazların ən favori çantasıdır.

Bir çox ədəbazların stillərini bəzəyən bu kiçik və şəffaf çantanın qiyməti 9500 dollardır. Bu çantalara sahib olan adlar arasında Alexa Chung, Diane Kruger var. Diane Kruger 2014-cü ildə parfum şüşəsi çantası üçün modelliklə məşğul olmuşdu.

Parfum şüşəsi çantaların digər fanatı da Rihannadır. Dəb ehtirası bu çantanın iki növümü almağa sövq edib. Belə ki, onda həm qara, həm də şəffaf növü var. Əlindən demək olar ki, düşmür...

Rus stil ikonu Miroslava Duma və “Vogue” jurnalının redaktoru Anna Dello Russonun da favori detallarından biridir.

Publika.Az şəffaf çanta modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm