Yazın ən dəbli plaş modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın ən dəbli plaş modelləri - FOTOLAR

Bahar aylarında üst geyim üzərində çox fikirləşirik. Geyinməyə heç nə tapa bilmirik. Qalın dərilər isti saxlayır, yun jaketlər isə mövsümə uyğun gəlmir. Ancaq dolabınızda plaş varsa, bahar mövsümünü problemsiz və rahat şəkildə keçirə bilərsiniz. Üstəlik plaşlar əsla dəbdən düşməyən klassik geyimdir. Əgər plaşınız yoxdursa, modanı izləyib-izləməməyinizdən asılı olmayaraq, özünüzə mütləq bir plaş alın. Onun sizə bəxş etdiyi eleqantlığa heyran qalacaqsınız.

Tez ötüşən trendlərin təsirinə düşmədən, illərlə istifadə edə biləcəyiniz plaş tapmaq çətin məsələ deyil. Brendlər yaz kolleksiyalarında kifayət qədər plaş modelləri təklif edir. Pulunuzu mövsüm trendlərinə uyğun plaşlara xərcləmək yerinə, hər il geyinə biləcəyiniz klassik açıq, krem tonlarında plaşlara xərcləmək daha məqsədə uyğun olardı. Boyunuz qısadırsa, uzun plaş deyil, diz xəttində bitən plaşlara yönələ bilərsiniz. Uzun boylu xanımlara isə uzun plaşlar çox yaraşır. Plaş seçərkən əyninizə tam oturmasına diqqət edin.

Plaş dedikdə ilk olaraq “Burberry”-nin klassik modeli yada düşür. Digər plaşlar məhz o plaşın modelindən təsirlənib hazırlanıb. Plaşların ilk dəfə 1901-ci ildə “Burberry” tərəfindən ingilis əsgərlərinə görə hazırlanan modellər olduğu deyilir. Yağış keçirməməsi üçün qabardın parça növündən tikilən bu plaşların qollarının da su keçirməməsi üçün bantlar yerləşdirilib. Xidmətlərini başa vuran əsgərlər sonralar şəhərin küçələrində də bu plaşları geyinməyə başlayır. Əsgərlər üçün tikilən plaşlar uzun idi, sonralar dizaynerlər onu qısalardaraq şəhər dəbinə uyğunlaşdırıb və hazırkı formanı veriblər.

2014 bahar trendlərinə nəzər salsaq, bu mövsüm işləməli, güllü, oversized (bol) modellərin aktual olduğunu müşahidə edərik. Hətta muncuq, mirvari, krujeva işləmələri diqqət çəkir. Klassik krem rənglərindən başqa, incə çəhrayı, mavi kimi rənglər 2014-ün plaş dəbinə daxildir.

Publika.Az-ın qadın bölməsi ən dəbli plaş modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm