Bürclərin ən maraqlı xüsusiyyətləri
Bizi izləyin

Qadın

Bürclərin ən maraqlı xüsusiyyətləri

Bürclərin maraqlı tərəflərini saymaqla bitmir: bəzi bürclərin xüsusiyyətləri təəccübləndirir, bəziləri isə adamın zəhləsini tökür. Amma onları heç bir halda dəyişdirmək mümkün deyil...

Publika.Az hər bürcün özünə xas olan maraqlı xüsusiyyətlərini təqdim edir:

Qoç bürcü – Qoçları sevməklə yanaşı, onlara bu sevgini hiss etdirməlisiniz.

Buğa bürcü – Buğalar heç nəyi yaddan çıxartmır. Sadəcə cavabını vermək üçün yeri və məqamı gözləyir.

Əkizlər bürcü – Yaxşı zəkası var. Kimdənsə xoşu gəlmirsə, ancaq bir şey üzərində fikirləşir... O adamı əsəbiləşdirmək üçün əlindən gələni edir.

Şir bürcü – Onlar üçün xəyanətin kiçiyi, böyüyü yoxdur. Hər ikisi ayrılmaq üçün ciddi arqument ola bilər.

Xərçəng bürcü – Hər sevgi onun bir tərəfini məhv edir. Amma qarşı tərəfi yerinə otuzdurmadan ondan ayrılmaz.

Qız bürcü – Qızların xətrinə dəymək çox təhlükəlidir, bütün günü başınızın ətini yeyə bilər. “Döymə taxta qapımı, döyməyim dəmir qapını” prinsipi ilə yaşayırlar. Qızları aldatmaq baha başa gəlir. Sizə möhtəşəm dərs verərlər.

Tərəzi bürcü – Tərəziləri özünüzə aşiq etməyə çalışıb vaxtınızı boşuna itirməyin... Onları ram etmək qeyri-mümkündür.

Əqrəb bürcü - Əqrəblər ya əla olur, ya da pis. Özlərini eyni anda həm yaxşı, həm də pis hiss edirlərsə, deməli vurulublar...

Oxatan bürcü – Oxatanlar sevdiyi insanın yanlışlarını öyrənəndə bütün güvənini itirərlər.

Oğlaq bürcü – Bir oğlaqın ürəyinin inanmadığı şeyə ağlını və məntiqini heç vaxt inandıra bilməzsiniz. Kobud söz eşitmək istəmirsinizsə, inandırmağa əlləşməyin... Yersiz danışanları acılayır.

Dolça bürcü – Qəlbini qırdığın dolçaların, sənin başında dibçək qırmasında təəccüblü heç nə yoxdur.

Balıq bürcü – Balıqların qəlbini qırmaqdan asan heç nə yoxdur. Düzgün seçilməmiş bir söz, səhv hərəkətlə balıqların gözündən düşə bilərsiniz. Balıqların qırılmış qəlbini bərpa etmək mümkün deyil...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm