Qadın viaqrası satışa çıxarılacaq
Bizi izləyin

Qadın

Qadın viaqrası satışa çıxarılacaq

Qadınlarda cinsi istəyi artıran dərmanın istehsalına razılıq verilib. Publika.az xəbər verir ki, ABŞ-ın Qida və Dərman Administrasiyası qadınlarda cinsi istəyi artıran dərmanın, yəni “Çəhrayı viaqra”nın istehsalını təsdiqləyib.

Dərmanı istehsal etmək istəyən şirkətin təklifini daha öncə iki dəfə rədd edən administrasiya bu dəfə firmaya bəzi şərtlər qoyub. Belə ki, istehsalçıdan dərmanın yorğunluq, ürəkgetmə, təzyiq salma kimi əks təsirlərin azaldılması tələb edilib.

Qadınlar üçün nəzərdə tutulmuş “Çəhrayı viaqra” adi viaqradan fərqli olaraq qan dövranına təsir etmir. O, sadəcə beyindəki bəzi kimyəvi maddələri aktiv hala gətirərək qadının seks istəyini artırır.

ABŞ-ın Qida və Dərman Administrasiyası aparılan araşdırmalar nəticəsində qadınların 43 faizinin cinsi istəksizlikdən əziyyət çəkdiyini bildirib. Bu nisbət cinsi istəksizlikdən əziyyət çəkən kişilərin sayından çoxdur.

Satışda kişilər üçün cinsi istəyi artıran və performansı yüksəldən, ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənən 26 növ dərman mövcud olduğu halda, qadınlar üçün nəzərdə tutulmuş belə dərman yoxdur. Adminstrasiya sonunda bu ədalətsizliyi aradan qaldırmaq üçün “çəhrayı viaqra”nın istehsalını dəstəkləməyə qərar verib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm