Bütün barmaqları dolduran üzüklər dəbdədir - FOTOLAR
Bizi izləyin

Qadın

Bütün barmaqları dolduran üzüklər dəbdədir - FOTOLAR

Uzun müddət dəbdən düşməyən midi üzüklər bahar aylarında da barmaqları bəzəməyə davam edəcək. Midi üzüklər baharın ən önəmli aksessuar trendlərindən biri olacaq. Midi üzüklər o qədər populyarlaşıb ki, normal üzükləri dəbdən sıxışdırıb çıxaracaq.

Midi üzüklər barmaqların yuxarı hissəsinə taxılır. Barmağın yuxarı hissəsinə taxıldığı kimi,barmağın orta hissəsinə taxılan və bütün barmağı örtən üzüklər də mövcuddur.

Midi üzüklər təkcə düz halqa formasında istifadə edilmir. Mövsümün trendlərindən olan hərflər, geometrik formalar, göz muncuğu, sloqanlar, bürc simvolları, heyvan fiqurları midi üzüklərin üzərində istifadə edilir. Nazik və qalın üzüklər də olduqca məşhurdur.

Midi üzüklər bütün diqqəti əllərə topladığı üçün bu tərz üzüklər taxarkən əllərin baxımlı olması tələb olunur. Xüsusən də dırnaqların altına taxılan kiçik üzüklər dırnaqlara diqqət çəkir. Ən azı şəffaf parladıcı çəkərək midi üzüklərin əllərdə daha çox görünməsini təmin edə bilərsiniz. Xüsusən də incə və zərif əlləriniz varsa, midi üzüklər ən çox sizin əllərinizə yaraşacaq...

Əgər axtardığınız, ya da istədiyiniz formada midi üzük tapa bilmirsinizsə, normal üzüklərin kiçik modellərini ala bilərsiniz. Yəni, barmağınıza kiçik olan üzükləri bu formada istifadə edə bilərsiniz.

Publika.Az-ın qadın bölməsi bu il dəbdə olan üzük modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm