Kainatın ən gözəl sarışın xanımları - FOTOLAR
Bizi izləyin

Qadın

Kainatın ən gözəl sarışın xanımları - FOTOLAR

Sarışın qızlar barəsində müxtəlif lətifələr var. Həmin lətifələrdə sarışın qızlar olduqca gözəl, dəbdəbəli, eyni zamanda dayaz zəkalı insanlar kimi təsvir edilirlər. Onlar həmişə özlərini pullu kişilərlə münasibətdə olmağa layiq bilirlər. Bəlkə də, bu cür lətifələrin qoşulması sarışın qızların gözəlliklərinə qısqanclıqla yanaşan əsmər qızların məkrli planlarıdır?

Nə qədər paxıllıq etsələr də, dünyanın hər yerində təbii sarışınlara oxşamağa çalışan qızlar az deyil. Sarı saç hər dəri rənginə yaraşmır. Amma nədənsə, tünd saçlı qızlar həyatı boyu heç olmasa, bir dəfə saçlarını, qaşlarını müxtəlif vasitələrlə sarı rəngə boyamağa cəhd edirlər. Çünki orta statistik dünya kişisinin sarışın xanımdan daha çox xoşu gəldiyi deyilir. Əslində, sarı saç rəngi, sarının müxtəlif tonları yaxşı tənzimlənsə, o qədər də itələyici görünmür.

Publika.az bu yazıda sarı saçlarla bağlı maraqlı faktları təqdim edir:

Alimlər iddia edirlər ki, ötən əsrdə dünyada təbii sarışınların sayı 49 faiz idi. İndi isə cəmi 14 faizdirlər. Alimlərin statistikasına inansaq, təbii sarışın qızların sayı azalan istiqamətdə gedir.

Azərbaycanda sarı saçlı xanımlara çox az rast gəlinir. Aparılan araşdırmalar göstərir ki, əsmər, qaradərili, ya da açıq dərili olmasından asılı olmayaraq, hər kəs ən azı bir dəfə saçını sarı rəngə boyayır.

Tarixin ən gözəl sarışınları

Sarışın xanımlarla bağlı müxtəlif əfsanələr dolaşsa da, onlar hər yerdə seçilir, kişilərin diqqətini daha tez cəlb edirlər. Dünya tarixinə baxsaq, sarışın xanımların gözəl görünməklə yanaşı, çox uğurlu fəaliyyətlərinin olduğunu da görərik. Ötən əsrdə dünya şöhrəti qazanmış Merilin Manronun, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun timsalında bu qadınların nə qədər uğurlu olduğunu göstərmək olar.

Təsadüfi deyil ki, Merilin Manro, Qreys Kelli hələ də gözəllik etalonu kimi qəbul edilirlər. Onları insanlara sevdirən əsas xüsusiyyətləri isə, əlbəttə ki, sarı saçlarıdır. Gəlin, tarixin ən gözəl sarışın xanımlarını birlikdə nəzərdən keçirək.

Fey Dunauey

Faye Dunaway Sarı Saç Rengi

Onu hamınız “Bonni və Klayd” filmindən xatırlayırsınız. Filmdə gözəl, uğurlu qadın obrazı yaradan aktrisa hər sarışın xanımın axmaq olmayadığını göstərmişdi.

Model Tviggi

Twiggy Sarı Saç

Tviggi öz dövrünün ən sevilən modellərindən biri idi. Onun qeyri-adi gözəlliyi indiyədək dillərdən düşmür. Kişilər uzun saç qadınları xoşlasalar da, Tviggi qısa saçlı xanımların da çox seksual görünə biləcəyini göstərdi.

Bricit Bardo

Brigitte Bardot Sarı Saç Modeli

Kim "Və tanrı qadını yaratdı" filmində baş rolu ifa edən aktrisadan iddialı ola bilər ki? Bricit Bardo da sarı saçlarına görə sevilən aktrisalar siyahısına daxildir. Onu geniş izləyici auditoriyasına tanıdan intim filmlərə çəkilməsi olsa da, sarışınlığı ona seksuallıq qazandırdı. Tezliklə "seksual pişik"dən "seks ilahəsi"-nə çevrildi.

Deyilənlərə inansaq, bu sarışın xanımın həyatı boyu 100 sevgilisi olub. Maraqlısı isə budur ki, bu siyahıya xanımlar da aiddir. O, dörd dəfə ərə gedib və düz dörd dəfə intihara cəhd edib. Çünki cazibədar aktrisa puldan, məşuq və məşuqələrindən çox tez yorulur və yaşamaq istəmirdi. O, özünü dənizdə boğmağa cəhd etsə də, bu, uğursuzluqla nəticələnmişdi.

Merilin Manro

Marilyn Monroe Sarı Saç Modeli

Merilin Manronun dünyanın ən sirli və cəlbedici gözəlliyinə sahib olması müzakirə olunmazdır. Merilin istəyəndə həm məsum, həm seksual, həm cəlbedici, həm cazibəli, həm də ağıllı qadın ola bilirdi. Bu xüsusiyyətinə görə, istənilən kişini asanlıqla yoldan çıxara bilirdi. Cazibədar aktrisa indiyədək gözəllik və dəb ilahəsi kimi yaddaşlarda qalıb. Ölümündən illər ötsə də, müasir dövrdə də özünü Merilin Manroya bənzətmək istəyən qızların sayı-hesabı yoxdur. Yeri gəlmişkən, qeyd edək ki, cazibədar aktrisa sarı saçlarını qırmızı dodaq boyasından istifadə edərək xüsusi vurğulayırdı.Bu iki rəng onun üzünü daha canlı göstərirdi.

Qreys Kelli

Grace Kelly Sarı Saç Boyası

Qreys Kelli təbii sarışın və əsl şahzadə idi. O, nağıllardakı kimi bir həyat sürüb. Sarı saçlı stil ikonası məlahətli gözəlliyi ilə kişilərin xüsusi rəğbətini qazanmışdı.

Müasir dövrümüzdə də sarı saçları ilə tanınan aktrisa və müğənnilər az deyil. Keyt Moss, Kendis Sveynpol, Keyt Apton, Vera Brejneva, Paris Hilton, Bar Rafaeli, Heydi Klum və digərləri ən seksual sarışınlar hesab olunur.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm