Küçə süpürən dünya gözəli - FOTOLAR
Bizi izləyin

Qadın

Küçə süpürən dünya gözəli - FOTOLAR

“The Atlas of Beauty” saytı Düşənbədə dalandar işləyən 19 yaşlı Munirə Mirzəyevanı dünyanın ən gözəl qızı seçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “The Atlas of Beauty” internet layihəsinin rəhbəri rumıniyalı Mixael Norok səyahət etdiyi ölkələrdə ən cazibədar qızların fotosunu çəkir. 1 ay əvvəl Tacikistana səyahət edən Norokun fotoaparatının obyektivinə Düşənbə küçələrini süpürən Munirə də tuş gəlib. O, “Tacikistanın paytaxtı Düşənbə küçələrini süpürən ən gözəl qız” başlığı altında fotonu sayta yerləşdirib.

Munirə həm də Düşənbə küçələrində gül əkməklə məşğuldur. O, 7 nəfərdən ibarət ailəyə qazanc gətirən yeganə insandır.

Məktəbi bitirdikdən sonra Munirə həkim olmaq istəyib. Lakin ailəsinin maddi durumu onun arzusunu ürəyində qoyub. Bununla belə gənc qız işindən şikayətlənmir və ailəsini dolandırması ilə fəxr edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm