Dünyanın ən qısa boylu anası 4-cü dəfə uşaq doğacaq - FOTOLAR
Bizi izləyin

Qadın

Dünyanın ən qısa boylu anası 4-cü dəfə uşaq doğacaq - FOTOLAR

71 santimetrlik boyu ilə dünyanın ən qısa boylu anası kimi Ginnesin “Rekordlar” Kitabına düşmüş Steysi Xerald növbəti dəfə ana olmaq istəyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 3 övlad anası 4-cü körpəsini dünyaya gətirmək arzusunu dilə gətirib. Həkimlər isə bunun qısa boylu qadının həyatı üçün böyük risk olduğunu bildirirlər.

ABŞ-ın Kentukki ştatının Dray Ric şəhərində yaşayan qadın nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Qeyd edək ki, bir müddət əvvəl sonuncu övladı dünyaya gəlmiş qadın əlil arabasına möhtac qalıb. Onun 1,75 santimetr boyu olan əri Uil bir sıra ev işlərində həyat yoldaşına yardım edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm