Prezidentin 53 yaşlı xanımı qiyafəsi ilə yenə təəccübləndirdi - FOTOLAR
Bizi izləyin

Qadın

Prezidentin 53 yaşlı xanımı qiyafəsi ilə yenə təəccübləndirdi - FOTOLAR

Ukraynanın birinci xanımı Marina Poroşenko yenə dəb dünyasının diqqətini özünə cəlb edib.

Publika.az xəbər verir ki, Kiyevdə keçirilən Milli Müstəqillik günündə prezident həyat yoldaşını müşayiət edən birinci xanım tədbirə geyinmək üçün yerli dizayner Olqa Navroçkonun geyimini seçib.

Milli geyim tərzində hazırlanan paltar bu dəfə də ənənəvi Ukrayna tikmələri, eləcə də, saya bədii üsulu ilə işlənib. Prezident xanımının mavi donunun üzərində şüyüd elementləri təsvir olunub.

Pyotr və Marina Poroşenkonun qızları Aleksandranın da donunu şüyüd və çöl zanbağı elementləri bəzəyib. Bu geyimin də müəllifi Olqa Navroçkodur.

Yeri gəlmişkən qeyd edək ki, çöl zanbağı Ukraynanın Donetsk vilayətində yetişir, şüyüd isə onların milli simvolu hesab olunur.

Qeyd edək ki prezident xanımı özünəməxsus tərzi ilə digər ölkələrin birinci xanımlarından hər zaman seçilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm