Yazda bu şalvar dəbə minəcək - FOTOLAR
Bizi izləyin

Qadın

Yazda bu şalvar dəbə minəcək - FOTOLAR

70-ci illərin enli balaq şalvarları uzun müddətdir ki, dəb gündəmini zəbt edib. Bir neçə mövsüm trend olan retro şalvarlar nostalji hisslər aşılayır. Əgər bu cür şalvar almaq fikriniz varsa, əvvəlcə bizim yazımızı oxuyub, düzgün geyinməyi öyrənə bilərsiniz.

Əyninizə yaxşı oturan şalvarı tapın. Çox kök, yaxud arıq xanımlar bu modeldən geyinə bilər. Lakin hər iki halda dar və əyinə yapışan model olmamalıdır. Orta genişlikdə şalvarlar daha idealdır. Digər məsələ isə şalvarın uzunluğudur. Balaqlar əsla qısa olmamalı, hətta oturduğunuz zaman belə ayaqlar görünməyəcək uzunluqda olmalıdır. Əlbəttə ki, küçələri də süpürən şalvarlar nəzərə tutulmur. Tez-tez istifadə etdiyiniz hündür daban ayaqqabının uzunluğu nəzərə alınmalıdır. Bu ideal seçimdir.

Ayaqqabı seçimində işiniz asandır. Belə ki, enli balaqlı şalvarlar xüsusən də qalın dabanlı, ya da dikdaban (tanketka) ayaqqabılarla çox yaraşır. Sadəcə ayaqqabının görünməməsinə diqqət edin. Bu zaman boyunuz olduğundan daha uzun görünər. Əgər boyunuz uzundursa, düz ayaqqabılarla geyinə bilərsiniz. Ancaq balaqların yeri silib-süpürmədiyindən əmin olun.

Enli balaq şalvarlar bol kəsimli geyim olduğu üçün üst geyim kimi dar və bədənə yapışan köynəklər geyinmək daha uğurlu seçim olar, həm də bədən quruluşunun tarazlığını pozmaz. Məsələn, əyninizə yaxşı oturan qısa pencəklər ola bilər. Köynəyi şalvarın içinə salmalısınız. Üstdə qalarsa, çox səliqəsiz görünərsiniz. Təbii ki, zərif bir kəmər taxmağı unutmamalısınız.

Publika.Az-ın qadın bölməsi ən gözəl enli balaq şalvar modellərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm