Saç boyası qadının üzünü bu hala saldı - FOTOLAR
Bizi izləyin

Qadın

Saç boyası qadının üzünü bu hala saldı - FOTOLAR

30 yaşlı İngilis vətəndaşı Ann-Mariya Haydenin saçını boyaması xəstəxanalıq olması ilə nəticələnib. Belə ki, ağ tellərini boyamaq istəyən qadın saçına hər zaman istifadə etdiyi boyadan çəkib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, boyanı saçına çəkəndən bir neçə saat sonra qadının üzü şişməyə başlayıb. Ən təəccüblüsü odur ki, Hayden dərisinin allergik reaksiya göstərdiyi həmin boyadan düz 10 ildir istifadə edir. Ancaq bu illər ərzində belə bir problemlə qarşılaşmayıb.

Təcili xəstəxanaya aparılan qadını hətta həyat yoldaşı və 5 yaşlı oğlu tanımaqda çətinlik çəkiblər. Onu bu vəziyyətdə görüb göz yaşlarına hakim ola bilməyiblər.

Qadının üzündəki şiş 2 gün ərzində çəkilməyib. Göz qapaqları da şişdiyindən həmin günlər ərzində müvəqqəti korluq yaşayıb. Xəstəxanada müalicə alan qadının vəziyyəti hazırda yaxşıdır. Daha saç boyasından istifadə etməyi düşünmədiyini söyləyən qadın boya firmasını məhkəməyə verməyə hazırlaşır. Ann-Mariya hər hansı bir allergik reaksiyalarla qarşılaşmamaq üçün saçını boyamazdan iki gün əvvəl allergiya testindən keçdiyini də vurğulayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm