• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Həyat yoldaşımı öpərək başlayır və bitir” – FOTOLAR

  • Qadın
  • 2 Sentyabr 2015 14:15
  • 2 052 Baxış
“Həyat yoldaşımı öpərək başlayır və bitir” – FOTOLAR

Hollivudun sevilən aktrisası Salma Hayek “Elle” jurnalına müsahibə verib. O həm gözəllik sirlərindən danışıb, həm də həyatı barədə maraqlı məqamları açıqlayıb.

Publika.az aktrisanın açıqlamasını təqdim edir:

- Nə haqqında yalan danışırsınız?

- Çəkim.

- Bəs hansı məsələdə dürüst olursunuz?

- Yaşımı deyəndə.

- Gününüz necə başlayır?

- Əlbəttə ki, günüm həyat yoldaşımı öpərək başlayır və bitir.

- Hansı qorxunuza qalib gələ bildiniz?

- Qaranlıq.

- Özünüzü şanslı hiss edirsiniz və nəyə görə?

- Əlbəttə. Çünki doğru kişini tapmışam.

- Nəyə dözümünüz yoxdur?

- Vasvası, deyingən, daim şikayət edən qəribə insanlara.

- Bu an harada olmaq istərdiniz?

- Seyşel adalarında...

- Hazırda nə etmək istəyirsiniz?

- Közlənmiş qarğıdalı yemək istəyirəm, amma bir az sonra lak çəkərək yemək haqqında fikirlərimi unutmağa çalışacam.

- Kredit kartı ilə axırıncı dəfə nə almınız?

- Teleskop almışam.

- Karyeranızın ən qürurverici anı nə olub?

- “Frida” filmindəki roluma görə “Oskar”-a namizəd olmağım.

- İllərdir istifadə etdiyiniz ətir hansıdır?

- “Narciso Rodriguez for her”.

- Gözəllik xətanız?

- Səhər üzümü heç vaxt yumuram. Ancaq o da var ki, yatmazdan əvvəl üzümü çox yaxşı təmizlədiyim üçün problem yaranmır.

- Son günlərdə gördüyünuz ən gözəl qadın kim olub?

- Ancelina Coli! Hətta çəkinməyib onu uzun-uzun süzdüm. Xüsusilə dərisi mələk kimiydi.

- Nəyə gecikmisiniz?

- İdmana həqiqətən çox gec başlamışam.

- Nə ilə heç vaxt razılaşmazsınız?

- Botoks etdirmərəm! Bunun əvəzinə arzuladığımı yeyər və daha çox xoşbəxt olaram. Bu da dərimə müsbət təsir göstərər.

- Nəyi qayğı ilə saxlayırsınız?

- Uşaqlıqda topladığım balıqqulağını. Hara getsəm, onları hamamda görmək istəyirəm. Gözəl xatirələrdir!

- Son günlər üzərində ən çox danışdığınız mövzu?

- Xəlil Cibranın “Peyğəmbər” adlı kitabı əsasında hazırladığımız animasiya filmi.

- Ən zəif nöqtəniz?

- Ayaqqabılar! Bir otağım tamamilə onlara ayrılıb. Geyinmədiklərimi isə ehtiyacı olanlara paylayıram. Ancaq “Aleksandr Mcqueen”-dən olanları qızıma saxlayacağam.

- Nəyin yoxluğunu hiss edirsiniz?

- Yuxunun. Gündüzlər heç boş vaxtım olmur.

- Rahat olmaq üçün nə edirsiniz?

- Ya serial izləyirəm, ya da idman edirəm.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR