Bu maskalar dərini gəncləşdirir
Bizi izləyin

Qadın

Bu maskalar dərini gəncləşdirir

Dəri nəmləndirici maska

Ərzaqlar: yumurta sarısı + süd

Hazırlanması: Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu maskanı üzünüzə çəkib yayın. Üzərini nazik tənziflə örtüb 15 dəqiqə gözləyin. Sonra kağız salfetlə silərək təmizləyin. Daha sonra üzünüzü ilıq su ilə yaxalayın.

Bu maska quru və nəmsiz dərini təravətləndirir. Yumurta sarısı dərini qidalandırır, süd isə nəmləndirir və yumuşaqlıq bəxş edir. Maska dərini sıxlaşdırıb gəncləşdirir. Əsasən yaz aylarında və həftədə bir dəfə tətbiq olunmalıdır.

Qara nöqtələr üçün maska

Ərzaqlar: Limon suyu + qatıq

Hazırlanması: Bir kasa qatığa bir limonun suyunu sıxın. Maskanın gözlərə dəyməməsinə diqqət edərək üzə çəkin. 15 dəqiqə gözləyin. Üzdə quruyan maskanı ilıq su ilə yuyaraq təmizləyin.

Yaz aylarında dəriyə təravət bəxş edir və qara nöqtələri yox edir. Limon suyu dərini dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələrin yox olmasına kömək edir. Qatıq isə dərini qidalandırır və yağ miqdarını normaya salır. Maska həftədə bir dəfə tətbiq edilməlidir.

Sızanaqlar üçün gül kələm

Ərzaqlar: Gül kələm + zeytun yağı

Hazırlanması: 8 ədəd gül kələmi iki qaşıq zeytun yağı ilə mikserden keçirin. Qarışığı problemli hissəyə yaxşıca yayın, 10 dəqiqə gözlədikdən sonra su ilə təmizləyin.

Gül kələm yarpaqlarının təmizləyici funksiyası var. Zeytun yağı isə dərini nəmləndirir. Həftədə 2 dəfə edilməlidir.

Qırışlara qarşı maska

Ərzaqlar: Qaymaq + alma

Hazırlanması: Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və 3 qaşıq qaymağı mikresdən keçirin. Maskanı dəriyə yaydıqdan sonra təmiz tənfizlə üzünüzü örtün. Təxminən 10 dəqiqə gözlədikdən sonra maskanı ilıq su ilə üzünüzdən təmizləyə bilərsiniz.

Qaymaq dərini yumşaldır, nəmləndirir və dəriyə elastiklik qazandırır. Qırışlara qarşı da çox effektlidir. Alma isə dərinin möhkəm qalmasına kömək edir. Həftədə bir dəfə tətbiq etmək kifayətdir.

Yağlı dərilər üçün yaz maskası

Ərzaqlar: Bal + süd + limon suyu

Hazırlanması: Bir fincanın içində 1 qaşıq balı, 1 qaşıq limon suyunu və qatılığı pozmayacaq miqdarda süd əlavə edin. Maskanı üzünüzə və boynunuza çəkib quruyana qədər gözləyin, nəmli süngər köməyi ilə təmizləyin.

Bal dərini yumşaldır, limon suyunda olan aktiv maddələrin daha yaxşı hopmasını təmin edir. Bu maddələr də dərinin yağ miqdarını normaya salır, sızanaqları yox edir. Ehtiyaca görə 10-15 gündən bir təkrarlaya bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm