Seks-robotlara qarşı kampaniya başladı
Bizi izləyin

Qadın

Seks-robotlara qarşı kampaniya başladı

İngiltərədə süni intellekti olan seks-robotların istehsalının dayandırılması tələbi ilə kampaniyaya start verilib.

Publika.az “The Independent”ə istinadən xəbər verir ki, kampaniyanın rəhbəri Ketlin Riçardson bildirib ki, cinsi əlaqə zamanı seks-robotlardan istifadə gender bərabərliyini pozur. Bu robotlar qadını təhqir edir və onun seçim hüququ olmadığını göstərir.

Həmin robotlardan istifadə olunması insanların biri-birilə əlaqəyə girməsini azaldır. Bu isə insan artımının da qarşısını alır.

Qeyd edək ki, bu, “ağıllı” robotlara insanların ilk təpkisi deyil. Belə ki, bundan əvvəl Yaponiya vətəndaşı ilk insanabənzər “emosional” robotu zarafat etdiyinə görə döymüşdü.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm