Kişi baxışı altında dəyişən qadın paltarı - VİDEO
Bizi izləyin

Qadın

Kişi baxışı altında dəyişən qadın paltarı - VİDEO

Qadınların böyük əksəriyyəti kişilərin təcavüzkar baxışlarından narahat olurlar.

Publika.az “Daily mail”ə istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles ştatında yaşayan, həm də memar olan dizayner Behnaz Farahi qadınları kəm gözlərdən qoruyan paltar icad edib. Bu qeyri-adi geyimin içinə gizli kamera yerləşdirilib. Həmin kamera kişinin gözlərini təqib edir və paltardakı plastik tükləri baxışların istiqamətində dalğalandırır. Beləliklə, paltara və qadına baxan göz sadəcə tükləri izləyir. Nəticədə əks cinsin nümayəndəsi yorulur və baxışlarını qadının üzərindən yayındırır.

Onu da qeyd edək ki, 3D formatında hazırlanan bu qeyri-adi geyim "İncə baxış" adını alıb. Kamera ona baxanın cinsini, yaşını müəyyənləşdirib baxışlarını istiqamətləndirir.

Bu paltar sosial şəbəkədə maraq doğursa da, onu geyinmək istəyən qadın azdır. İşə yarayıb-yaramadığı isə hələlik təsdiqlənməyib.

Dəb tənqidçilərinin fikrincə, bu daha çox Ledi Qaqanın tərzidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm