52 yaşı tamam olan Monika Belluççidən hikmətli ifadələr - - FOTOLAR
Bizi izləyin

Qadın

52 yaşı tamam olan Monika Belluççidən hikmətli ifadələr - - FOTOLAR

Monika Belluçi bu gün doğum gününü qeyd edir. İnanmaq olmur ki, aktrisanın 52 yaşı tamam olur.

Monika Belluçi bu gün doğum gününü qeyd edir. İnanmaq olmur ki, aktrisanın 52 yaşı tamam olur.

Publika.az ilahi gözəlliyə malik aktrisanın doğum günü şərəfinə onun ən yaddaqalan və aforizmə çevrilən ifadələrini təqdim edir.

"İnsanlar sizin istedadlı və ağıllı olmağınızı həzm edə bilərlər. Gözəlliyinizi isə əsla!"

Image result for monica bellucci

"Mən hələ uşaqlıqdan qadınların əsl mahiyyətini dərk etmişəm və ona görə də onları ciddi qəbul etmirəm".

Image result for monica bellucci

"Kişi hər zaman qadına onun qadın olduğunu hiss etdirməlidir - sözü ilə razılaşmıram. Qadın heç vaxt qadın olduğunu unutmamalıdır!"

Image result for monica bellucci

"Sizə paxıllıq edənlərə nifrət etmək lazım deyil. Onlar bununla sizin daha yaxşı olduğunuzu etiraf edir".

Image result for monica bellucci

"Gözəllik qadın üçün 2 halda problemə çevrilir: gözəllik olmadıqda və gözəllikdən başqa bir şeyi olmadıqda".

Image result for monica bellucci

"“Kişilərin baxışları məni narahat edir”, - deyən qadınları başa düşmürəm. Mənə elə gəlir ki, onlar daxili dünyasını gizlədir və nə istədiklərini, ümumiyyətlə, bilmirlər".

Image result for monica bellucci black dress

"Kişilər əldə edə bilmədiklərini sevirlər!"

Image result

"Mən heç vaxt arıq olmayacağam. Təbiətən çox tənbələm. Yeməkləri sevirəm. Olduğum kimi görünürəm və arıqlamaq xatirinə süni olmaq niyyətində deyiləm".

Image result for monica bellucci black dress

"Hətta ölsəm də, yenidən 20 yaşında olmağı istəməzdim. İndi daha xoşbəxtəm, nəinki o zaman. Axı gənc yaşda biz özümüzü tanımağa və anlamağa çalışırıq, kim olmaq istədiyimizə qərar veririk və özümüzə olan inamsızlıqdan əziyyət çəkirik. İndi dəqiq bilirəm ki, mənə nə lazım deyil və mən nə olmadan yaşaya bilərəm".

Image result

"Tək qalanda özümü daha rahat hiss edirəm. Amma bu, mənim gözəl olmağımla əlaqəli deyil. Bilirəm ki, məndən də gözəli var. Təəssüf ki, onların çoxunun həyatı elə də uğurlu deyil və təklikdə özlərini çox pis hiss edirlər".

Image result

"Mən yaxşı anayam. Lakin bu, həm də yaxşı qız olduğum anlamına gəlmir".

Image result

"Gözəllik o halda təbii və maraqlı olur ki, geyimlə örtülür".

Image result

"Mən yetəri qədər həyat yaşamış bir qadınam. Buna baxmayaraq, şəxsi təcrübəmdən çıxış edərək kişilərlə bağlı nə isə demək mənə çətindir, çünki bütün kişilər fərdidir. Bəzən sənə dəyər verməyən birinin dərdindən ölürsən. Bir sözlə, mələklər kimi şeytanlar da cəlbedicidir".

Image result for monica bellucci black dress

"Qadınlıq haqqında bunu öyrəndim: qadın bir kişini elə sevər ki, kişi özünü ən əlçatmaz hiss edər və heç vaxt tərk edilməyəcəyini düşünər. Qadın elə qəfil çıxıb gedər ki, kişi özünü dünyanın ən axmaq insanı hesab edər və heç sevilmədiyinə inanar".

Image result for monica bellucci red carpet

"Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayır ki, münasibətlərdə hörmət və azadlıq olur. Başqasından bir əşya kimi istifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil - nə bizim ərlərimiz, nə də uşaqlarımız. Biz, sadəcə, sevdiklərimizlə nələrisə bölüşə bilərik. Onları dəyişməyə çalışmaq lazım deyil! Qısqanclıq isə heç bir işə yaramır. “Dəyişməyə” nail olduğunuza bəslədiyiniz sevgi, gün gələcək tükənəcək..."

Image result for monica bellucci red carpet

"Hadisələrin təbii gedişatına qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. Lakin 40 yaşlı qadının 20 yaşlı qız kimi görünməyə çalışması çox gülməlidir..."

Image result

"Müasir dövrdə qadınların gözəlliyinin ömrünü uzatması üçün unikal imkanlar var. Lakin buna öz yaşına və sağlamlığına hörmət edərək əməl etmək lazımdır".

Image result for monica bellucci red carpet

"İnsan daxili enerjisinin qayğısına qalmalıdır. Əgər içəridə atəş yoxdursa, çətin ki, parlaq görünəsiniz".

Image result for monica bellucci red carpet

"Hələ gəncsiniz və özünüzün təbii işığınız var. Onun qayğısına elə qalın ki, illər ötdükcə itməsin... Bir də heç kimə fikir vermədən yaşamaq, son gününə kimi, sadəcə, qadın olmaq lazımdır".

Image result for monica bellucci red carpet

"Gözəllik həyatın və yaşadıqlarınızın üzünüzdə əksidir. Daim diqqət mərkəzində olmaq istəyirsinizsə, dodaq boyanızı əskik etməyin. Fərqli paltarlar geyinməkdən çəkinməyin, ürəkli olun".

Image result

"Gənc ikən seks tamamilə hormonlara bağlı olur. Ancaq yaş artdıqca məhəbbət və seks bir-biri ilə harmoniya yaradır, şəhvət və seks istəyi ön plana çıxarır. İnanın ki, seks yetkinlik yaşlarında daha gözəldir. Ancaq mən sevmədəyim adamla sekslə məşğul olmaqda xeyli çətinlik çəkirəm".

Image result

“Qızlarımın doğulması məni tamamilə dəyişib. Analıq duyğusu həyata baxışımı tamamilə dəyişdirib. Müdrik və daha mülayim və sakit olursan. Əvvəllər səni narahat edən məsələlər də öz əhəmiyyətini itirir”.

Image result

“Biz Mik Caqqer, Tom Consu bu yaşda da yaraşıqlı hesab edirik, Madonna isə alt paltarında səhnəyə çıxıb mastrubasiya ilə məşğul olur. Lakin əks cinsin nümayəndələri 50 yaşdan sonra qadını evdə, ən yaxşı halda aşpaz kimi görmək istəyir. Rahibələr kimi intim həyatı da olmamalıdır. Madonnanın isə işinə olan sevgisi, ehtirası ölməyib. Ümumiyyətlə, kişilərdən fərqli olaraq, yaş artdıqca qadının ehtirası azalmır. Əgər filmdə “Bondun qadını” kimisə ruhlandırsa, demək ki, mən öz missiyamın öhdəsindən gəlmişəm”.

Image result

“Özünüzə inanın, instinkt və hisslərinizə qulaq asın. Onlar sizi həmişə doğru yola aparıb çıxaracaq...”

Image result

“Hər natamamlıqda da bir gözəllik gizlənib. Duyğuları gəncliklə bağlamaq doğru deyil. Qadın gözəlliyini onun bədəni və xarici görünüşü ilə ölçmək düz deyil. Onun həm də böyük ürəyi var”.

Image result

“Biri var qadının gənclik illərində sahib olduğu gözəllik, bir də var yaşa dolduqca gələn cazibə. Sizin qəlbiniz də özünüzlə birgə böyüyür və müdrikləşir. Məhz bu zaman qadın daha cazibədar görünür".

Image result

"Klimaks dövrünü həyəcanla gözləyirəm. Yəqin ki, bütün qadınlar kimi, mənə də klimaks dövrünü yaşamaq çətin olacaq. Amma bir neçə ay və ya bir il sonra hər şey yenidən öz qaydasına düşəcək. Bu, təbii prosesidir. Buna görə qətiyyən gərgin deyiləm”.

Image result for monica bellucci red carpet

“Mən səhər saat altıda durub idman zalına gedənlərdən deyiləm. Ancaq çəkilişə başlamazdan bir həftə əvvəl spagetti yemirəm, əsas dəyişiklik budur. Bir qayda olaraq, mən özümü əzizləyirəm: pirojna və pastaları çox sevirəm, hərdən isə özümə bir qədəh şərab icazə verirəm. Həyat şüarım da belədir: yaxşı ye və iç, sekslə məşğul ol və gül! Qalan hər şey özü düzələcək”.

Image result

“Zamanla qadın və aktrisalara qarşı münasibət dəyişir. Bu gün biz kişilərin dünyasında yaşayırıq. Bütün qanunları onlar yazırlar və dünyanı onlar idarə edir. Eləcə də qadınların dünyaya daha uşaq gətirə bilməməsinə, qocalmasına, heç kimə lazım olub-olmamasına da məhz onlar qərar verir. Lakin bu, belə deyil! Bilirsiniz Sem Mendes məni Bondun rəfiqəsi rolunu oynamağa niyə dəvət etdi. Çünki reallıqda o qəhrəman mövcud deyil”.

Image result

“Əgər sən qeyb olmusansa, onda rəssam səndə heç nə tapmayacaq. Yaradıcılıq insan ruhu ilə çox bağlıdır, insan ruhu ilə bütün əlaqələri itirsə, o, heç nəyə yarada bilməz”.

Image result for monica bellucci red carpet

“Gözəllik haqqında danışmaq, üstəlik fəxr etmək mənasızdır. Bu, cansağlığı və ya ağıl kimi təbiətin hədiyyəsidir”.

Image result

“Yaşım mənə azadlıq bəxş edib. Cavanlığımda kişilərin çoxu məni soyuq olduğuma görə qınayırdı. Mən isə sadəcə qorxurdum, özümə əmin deyildim və həyat təcrübəm yox idi. Yaxşı ki, Fransada “Şeytan gözəlliyi” adlanan bu gənclik dövrü tez keçir və sənin əsl üzün açılır. Mən indi özümü harmoniyada hiss edirəm, şəxsi mənada öz cəbhəmdə böyük dəyişikliklər gözləyirəm. Özümü sevməyə, kiməsə aşiq olmağa hazır hiss edirəm”.

Image result for monica bellucci

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm